XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Tahir Məmmədov açıq-aşkar öz qanunsuz hərəkətləri ilə bizi dövlətdən narazı salmaq istəyir” -ŞİKAYƏT

"Tahir Məmmədov açıq-aşkar öz qanunsuz hərəkətləri ilə bizi dövlətdən narazı salmaq istəyir” -ŞİKAYƏT

"Tahir Məmmədov açıq-aşkar öz qanunsuz hərəkətləri ilə bizi dövlətdən narazı salmaq istəyir” -ŞİKAYƏT
12-03-2020, 12:39

Şamaxı rayonu, Təklə kənd sakinləri,kiçik sahibkarlıqla məşğul olan Ağamalıyev Zaur Saday oğlu, Abdullayeva Xanımqız, Ağagülov Fəxrəddin Bədəl oğlu, Məhərrəmov Şənlik Xanəhməd oğlu və digər 12 nəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 1-ci vitse-prezident xanım Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Iqtisadiyyat naziri cənab M.Cabbarova, Prezident Administrasiysının rəhbəri Samir Nuriyevə, Prezident Aparatı Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Z.Nağdaliyevə müraciət ünvanlayıblar. Kənd sakinləri olan kiçik sahibkarların yazdıqlarına görə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov heç bir əsas olmadan onlara məxsus ət dükanlarının sökülməsini istəyir. Onlar ölkə başçısının dövlət məmurlarının özbaşınalıqlara son qoyması barədə tövsiyyələrini qulaqardına vuran İcra başçısının əməllərinə mətbuat vasitəsi ilə geniş ictimaiyyətə çatdırılmasını istəyirlər. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün dövlətin vətəndaşlara göstərdiyi dəstəklə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının uyğun gəlməyən qanunazidd əməllərinin qarşısının alınmasını tələb edirlər.

Aktualinfo.org vətəndaşların şikatətini olduğu kimi oxuculara təqdim edir.

Çox hörməti Prezident! Sizin rəhbərliyinizlə aparılan islahatlar, son kadr dəyişiklikləri,və verdiyiniz tövsiyyələr onun göstərir ki, Azərbaycan Qanunvericiliyi bütün sahələrdə düzgün tətbiq edilməlidir. Lakin biz, Şamaxı rayonunda yaşayan sahibkarlar 2006-2007-ci illərdə rayonun Çıraqlı Bələdiyyəsindən hər birimiz üçün 8×5 metr ölçüdə torpaq sahəsini “Acıdərə” adalanan ərazidə qanunauyğun alqı-satqı edərək almış, ayrı-ayrılıqda ət dükanları açmış və vergi,sosial müdafiə ödəyiciləri kimi 13 il fəaliyyət göstərmişik. AQTA-ya hər birimiz rüsum olaraq 150 manat verib qeydiyyatdan keçmişik. Fəaliyyətimizi həmişə standartlara uyğun həyata keçirmişik. Lakin Şamaxı rayonun İcra başçısı Tahir Məmmədov neçə gündür bizlərə xəbərdarlıq edir ki, bütün dükanlarınızı təcili olaraq özünüz sökməlisiniz. Səbəbi barəsində isə bizə heç bir rəsmi sənəd vermir.Sadəcə qeyd edir ki. bu yuxarının tapşırığıdır. Budur. Şamaxı-Bakı istiqamətində yol kənarındakı torpaqları da 2019-cu ildə obyektlər tikdirmək üçün özü satıb paylamışdır. Indi onların da tikdiyi dükanların hamısını sökdürür ( pullarını qaytarıb)İcra başçısı özü ilə rayonumuza gətirdiyi Araz adlı işçisi var (Ağdam qaçqınıdır) Başçının sağ əlidir. Qəmlo kimi külli-ixtiyar verib. O da gəlib günötrü zəhləmizi tökür. Məslə barəsində İcra başçısının özünə deyəndə ki. Prezident Administrasiyasına şikayətə gedəcəyik. Deyir ki, hara istəyirsiniz gedin. Siz bilmirsinizmi mən haradan gəlmişəm.? Deyirik ki, etiraz olaraq Bakı-Şamaxı yolunu bağlayacağıq. Yenə deyir ki. vecimə deyil, nə istəyirsiniz edin.Bu adam bizi dövlətə qarşı qoymaq istəyir. Ona görə də ilk olaraq cənab Prezidentdən, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevdən, Zeynal Nağdəliyevdən, Mikayıl Cabbarovdan xahiş edirk ki. icra başçısının özbaşnalığını dərhal dayandırılmasına göstəriş verəsiniz. Şamaxıya nəfsi təmiz, sahibkarları incitməyən, vicdanlı bir icra başçısı göndərəsiniz ki, xalq əziyyət çəkməsin.

2019-cu ildə yol kənarında fizki şəxslərə satdığı örüş torpaq sahələrində ( öz razılığı ilə) tikilmiş obyektlərin də sökülməsini tələb edir. Vətəndaşlarımız bu torpaqların alınması üçün bankdan götürdükləri kredit pulları indi qaytara bilmir. Ziyana düşürlər. Ona görə onların hesabına bizdən də ət dükanlarımızı öz hesabımıza sökülməsi qanunsuz olaraq tələb edilir. Hazırda biz sahibkarlar hamılıqla başçının bu qanunsuz hərkətlərindən çox narazıyıq. Ona görə də qanuni sənədlər 13 il fəaliyyət göstərdiyimiz dükanlardan nə çıxmaq istəyirik,nə də sökmək. İcra başçısı Tahir Məmmədov açıq-aşkar öz qanunsuz hərəkətlərilə biz dövlətdən narazı salmaq istəyir. Və heç kimdən qorxmadığını dilə gətirir. Dükanlarımızın sökülməs ilə bağlı hər hansı dövlət səviyyəli göstərişin olmasıilə bağlı sənəd təqdim etmir. O zaman kimin göstərişilə belə hərəkət etdiyini soruşduqda Araz bildiri ki, bu Prezident Administrasiyasının məsul işçisi Anar Ələkbərovun şəxsi göstərişidir. Elədirsə. Niyə Şamaxı-Qobustan rayon sərhəddinin o tayında yolun sağ və solunda Qobustan İcra başçısının payladığı torpaq sahələrində tikilən obyektlərin heç bir sənədi olmasa da onlar sahibkarlara sökün göstərişi vermirlər.

Cənab Prezident Siz son çıxışlarınızda icra başçılarına göstəriş verirsiniz ki, sahibkarları incitməyin, onlara kömək edin. Biz isə hazırda Şamaxıda bunun əksini görürük. İcra başçısı T.Məmmədov birbaşa bizim ət dükanlarımızı sökdürülməsində israrlıdır. Hamılıqla Sizdən xahiş edirk onun qanunsuz hərəkətlərinin qarşısını dərhal alasınız. Sağ olun.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.