SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xəzər Aslanov torpağımı Mister-Tuma-a satıb

Xəzər Aslanov torpağımı Mister-Tuma-a satıb

Tarix:

12-03-2020, 11:28

/ 1 317 dəfə oxundu.
Xəzər Aslanov torpağımı Mister-Tuma-a satıb

İcra başçısı Xəzər Aslanov və Bahadur Məmmədov Xızıda vətəndaşın qanuni torpağını "Mister Tum" MMC-yə satıblar...
Xızı rayon sakini Valeh Məmmədov neçə ildir öz qanuni mülkiyyət hüququnu bərpa etmək üçün Azərbaycandakı bütün müvafiq dövlət orqanlarına müraciət edib. Amma hələ nəticə yoxdur.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, onun müavini Arzu Əziziov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin Xızı rayon üzrə nümayəndəsi Bahadur Məmmədov və digər səlahiyyət sahibləri Valeh Məmmədovun konstitusion hüquqlarını pozurlar.
Valeh Məmmədov öz müraciətində qeyd edir:
" Xızı rayonunun Dizəvər kəndində 2003-cü ildən bələdiyyədən icarəyə götürdüyüm və istifadə etdiyim 150 ha torpağım üzərində icarə hüquqlarımın qeydiyyata alınması ilə bağlı 01 mart 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişəm.
Buna baxmayaraq mənim sənədlərim rəsmi olaraq 18 may 2017-ci il tarixdə qeydiyyata alınıb.
Bu günə kimi mənə yeddi dəfə müxtəlif məzmunlu məktublar göndəriblər. İcarə torpağımı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin Xızı rayon üzrə nümayəndəsi Məmmədov Bahadur Bayram oğlu MİSTER TUM MMC-nin sahibi, iş adamı Aqil Kərimova satıb.
Aqil Kərimov isə Xızı RİH-nin başçısı Xəzər Aslanovun, müavini Arzu Əzizovun və Bahadur Məmmədovun dəstəyi ilə uzun illər istifadəmdə olan 18 ha torpaq sahəsində qanuna zidd olaraq fermalar tikib.
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin işçiləri tərəfindən başda Daşınmaz Əmlakın Xızı rayon şöbəsinin müdiri İlqar müəllim olmaqla gah deyirlər 18 ha torpaq sahəsindən imtina ərizəsi yaz, torpağını sənədlərini verək. İndi da deyirlər icarə müqaviləsinin 15 il olmasına razılıq ver sənin sənədini verək. Mən bilmirəm onlar mənə hansı sənədi verirlər?
Bəs o böyük ferma necə olacaq? O boyda qanunsuz tikililər külli miqdarda rüşvət müqabilinə Xızı rayon İcra Hakimiyyətini başçısı Xəzər Aslanov və onun pul yığanı Arzu Əzizov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin rəhbərliyinin birgə razılığı sayəsində tikilib.
Mənim dövlət orqanlarınaa şikayətimdən sonra 250 ha torpaq sahəsini "MİSTER TUM" MMC-nin sahibi Aqil Kərimovun yaxını İradə Kərimovanın adına sənədləşdirmək istəyirlər.
Bir sözlə, Xızı rayon İcra Hakimiyyətində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsindən və 5 saylı Torpaq Agentliyində özbaşınalıqlar baş alıb gedir.

Redaksiyadan: Məsələyə aydınlıq gətirmək üçün "Mister Tum" MMC-nin ofisi ilə əlaqə saxladıq. Təəssüfü ki, şirkətin sahibi Aqil Kərimovla danışa bilmədik.

NUH.az

Şərhlər

XƏBƏR LENTİ