SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sələmçi rayonda kriminal dəstə saxlayır, faiz verməyən cəzalanır-ŞƏKİDƏ

Sələmçi rayonda kriminal dəstə saxlayır, faiz verməyən cəzalanır-ŞƏKİDƏ

Tarix:

9-03-2020, 02:08

/ 1 395 dəfə oxundu.
Sələmçi rayonda kriminal dəstə saxlayır, faiz verməyən cəzalanır-ŞƏKİDƏ

Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...”(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 275-ci ayə)
“Filankəs fərasətlidi, yaxşı pul qazanır”... Son onilliklərdə ən çox eşitdiyimiz cümlələrdən biridir. Bəs həmin “filankəs” nə qədər günah qazanır? Təəssüf ki, bu, çoxumuzu düşündürmür. Əksər valideynlər övladlarına ”Bala, get pul qazan” –deyir. Ardınca “Günah qazanma!” -demir. Etiraf etmək lazımdır ki, artıq cəmiyyət düşüncəsində haram yolla pul qazananlar özlərinə “hüquqi bəraət” alıblar: ”Fərasəti var, qazanır. Bacarırsan, sən də qazan”. Odur ki, kim yaxşı dolanırsa, onun qazancının halal-haram olması ictimai müzakirə obyektinə çevrilmir. Hətta dünyəvi qanunlarla cinayət hesab edilən oğurluq, narkobiznes, korrupsiya, rüşvətxorluqla yaşayanlar da, əgər həbs edilmirsə, “fərasət” sahibi sayılır...

Artıq 10-15 ildir ki, bir çox dünyəvi(!) ölkələr kimi Azərbaycanda da əhalinin bütün təbəqələrini əhatə edən ən çox yayılmış haram dolanışıq yolu sələmçilik və kreditdir. Bu gün danılmaz faktdır ki, məmləkətimizdə xalqın bir yarısı xaricdə, əsasən Rusiyada işləyən Azərbaycan vətəndaşlarının(!) göndərdiyi vəsaitlə, digər böyük yarısı isə götürdükləri kredit və sələmlə dolanır. Hətta bu iki dolanışıq mənbəyinin qovuşduğu hallar da çoxdur. Məsələn, bir qardaş Azərbaycanda götürdüyü krediti Rusiyada işləyən qardaşının göndərdiyi para ilə ödəyir. Ölkəmizdə tikilən yeni şəxsi evlərin bir qismi vəzifədə alınan rüşvət, haram ticarət və narkotikdən gələn qazanc hesabına tikilirsə, xeyli hissəsi də kredit və sələm pulları hesabına ucaldılır...
Bax, xalq bu yollarla “firavan” yaşayır. Təbii ki, rüşvətin, oğurluğun haram sayılmadığı bir yerdə faizin, ribanın haram olduğunu anlatmaq çətindir. Hər kəs bir yolla özünə bəraət qazandırmağa çalışır. Təəssüf ki, din xadimlərinin də sələm və kreditin haram olması barədə söhbətlərinə çox az rast gəlinir. Halbuki, sələm yeddi ən ağır günahdan biridir və Qurani-Kərimdə Allah-Təala aydın şəkildə buyurur:

”Sələm yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “Alış-veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram(qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur(ona bağışlanar). Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar”(Əl-Bəqərə, 275).

Qaynarxett.az xəbər verir ki, elə sələmçilər var ki, artıq bir rayonu yox, bir neçə rayon əhalisini özündən asılı salıb. Özü də belə şəxslərin arxasında mütləq vəzifəli şəxs və onlara aid çirkli pullar durur. Məsələn, Şəkinin Aşağı Göynük kəndində yaşayan Vaqif Babayevi Bakıdan tutmuş, Oğuz-Balakən zonasınadək tanıyırlar. Yüzlərlə adama faizə pul verib. Pulu vaxtında verə bilməyənləri saxladığı qoçu dəstəsi çəzalandırır. Kiminsə evi əlindən alınır, kiminsə torpağı, zinyət əşyası. Hələ alçaldılan və təhqir olunanlar. Yerli polis də bu işləri bilir, göz yumur. Nə də bir vergidən deyən yoxdur ki, sən kimsən ki, Milli Bankı Şəkidə əvəz edib kredit verirsən. Özü də bu yüksək faizlərlə. Sən demə Babayevin doğma qardaşı Qərib Məmmədovun sürücüsüdür.

Bu qədər sadə. Gələn sayımızda Vaqif Babayevin criminal dəstəsinin əməlləri və sair işlərlə bağlı geniş araşdırmamızı həm oxuculara, həm hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Bizi izləyin!

Qaynarxett.az

Şərhlər

XƏBƏR LENTİ