SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » APREL SAVAŞINDA ZƏRƏR GÖRƏN EVLƏRİN BƏRPASI ÜÇÜN 3 MİLYON AYRILDI, AMMA... - Tərtərin icra başçısı prezidenti necə aldadıb... / ŞOK FAKTLAR

APREL SAVAŞINDA ZƏRƏR GÖRƏN EVLƏRİN BƏRPASI ÜÇÜN 3 MİLYON AYRILDI, AMMA... - Tərtərin icra başçısı prezidenti necə aldadıb... / ŞOK FAKTLAR

Tarix:

9-03-2020, 02:06

/ 1 363 dəfə oxundu.
APREL SAVAŞINDA ZƏRƏR GÖRƏN EVLƏRİN BƏRPASI ÜÇÜN 3 MİLYON AYRILDI, AMMA... - Tərtərin icra başçısı prezidenti necə aldadıb... / ŞOK FAKTLAR

Tərtər rayon, Qapanlı kənd sakini Hüseynov Əli Əmir oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi yazır:
"Mən, Hüseynov Əli Əmir oğlu, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayon, Qapanlı kəndində yaşayıram. Bizim evə 2016-cı ilin aprel döyüşlərində artilleriya zərbəsi nəticəsində ciddi zərər dəymişdir. Amma aprel döyüşləri hadisələrindən 4 ildən çox vaxt keçsə də, çoxsaylı müraciətlərimə baxmayaraq, evimiz hələ də qəzalı vəziyyətdə qalıb".
Əli Hüseynov xatırladır ki, aprel döyüşləri hadisələrindən sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndində olublar: "Ölkə başçısı, cənab prezident İlham Əliyev biz kənd sakinləri ilə danışıqı zamanı dedi ki, bütün evlər bərpa olunacaq. Bildirdi ki, "indi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa, onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq". Prezident İlham Əliyevə məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb. Bu zərər görmüş evlərin siyahısında bizim ev də var idi. Tərtər Rayonun Fövqəladə Hallar Komissiyası evə baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Bizim ailəyə tezliklə kənddən kənarda ev tikiləcəyi, yaxud evin təmir olunacağı vəd olundu. Ancaq komissiya üzvləri o gedəndirlər, bizim ailəyə nə sığınacaq verilib, nə ev tikilib, nə də təmir olunub.
Sualım isə budur ki, bəs ölkə başçısı Prezident İlham Əliyevin aprel hadisələri üçün Tərtər rayon İcra Hakimiyyətinə ayırdığı 3 milyon manatın aqibəti necə oldu, hara xərcləndi və kim yedi?"

Muxalifet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
APREL SAVAŞINDA ZƏRƏR GÖRƏN EVLƏRİN BƏRPASI ÜÇÜN 3 MİLYON AYRILDI, AMMA... - Tərtərin icra başçısı prezidenti necə aldadıb... / ŞOK FAKTLAR




Şərhlər

XƏBƏR LENTİ