XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Beyləqanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - İDDİA

Beyləqanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - İDDİA

Beyləqanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - İDDİA
3-03-2020, 09:22

Fəaliyyətində ciddi nöqsanlar aşkar edilərək, işdən çıxarılmaqla barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərəsinin Təhqiqat və İstintaq Şöbəsində araşdırmalar aparılan Beyləqan rayon İcra hakimiyyətin başçısının sabiq müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov yeni vəzifəyə iddialıdır.

Beyləqan rayon İcra hakimiyyətindəki mənbəmiz bildirir ki, Beyləqan şəhər Ərazi İnzibati üzrə nümayəndəliyinin yeri boşalıb. Hələ ki, həmin posta heç bir təyinat olmayıb. Ancaq Məhəmməd Qələndərov həmin posta iddialıdır.
Mənbəmiz iddia edir ki, Məhəmməd Qələndərov Beyləqanın Eyvazallar kəndində bir çox sahibkarları aldadaraq, onların istifadəsində olan torpaq sahələrinin istifadə müddətini – müqavilələrinin artırılması adı ilə onlardan müəyyən məbləğdə pul alaraq qarşılığında isə heç bir iş görməyib. Məhz elə bu səbədən də həmin sahibkarlar Məhəmməd Qələndərov barəsində Baş prokurorluğun aniti-korrupsiya idarəsinə şikayətlər ünvanlayıblar. Vətəndaşların çoxsaylı şikayətləri əsasında təhqiqat və istintaq araşdırmaları gedir. Belə bir məqamda isə, M. Qələndərovun yeni vəzifəyə iddialı olması təccüb doğurmaya bilməz. Görünən odur ki, Qələndarov ondan şikayətçi sahibkarlardan aldığı pulları geri qaytarıb, onları razı salmaq əvəzinə yeni vəzifəyə -Beyləqan şəhər Ərazi İnzibati üzrə nümayəndəsi postuna yeyelənmək sevdasına düşüb və bunun üçün də o, icra başçısına minnətçi salıb. İddia olunur ki, M. Qələndərov hətta bunun üçün “yuxarılardakı” əlaqələri vasitəsilə də icra başçısına təzyiqlər etməyə çalışır. Lakin icra başçısının Məhəmməd Qələndərova vəzifə verməməkdə israrlı olduöu bildirilir.

Mənbəmiz onu da iddia edir ki, heç kimə sirr deyil ki, Məhəmməd Qələndarovun ən yaxın adamları icra hakimiyyətində müxtəlif şöbələrdə vəzifə tutrlar. Bunlar hər addımda da icra başçısına əngəl yarada bilirlər. Məsələn, icra başçısının qəbuluna gələn sakinlər barəsində icra başçısına düzgün olmayan məlumatlar verirlər, ümumiyyətlə, qəbula gələn vətəndaşları qəbuldan uzaqlaşdırır, onların ərizə və müraciətlərinə düzgün cavablar vermirlə. Belə olan halda da icra başçısının qəbuluna gələn rayon sakinləri məcburiyyət qarşısında qalıb yuxarılara, bəzən elə olurda ki, səfirliklərə üz tutmaq zorunda qalırlar. Bildirilir ki, onlar bütün bunları planlı şəkildə edirlər ki, icra başçısı haqda yuxarılara şikayətlərin sayı artsın və beləliklə də başçı “vurulsun”. Gələn xəbərlərdə deyilir ki, bunu o məmurlar edirlər ki, vaxtı ilə M. Qələndərov icra başçısının müavini işləyərkən həmin şəxslərə havadarlıq edib, onların rəvac verdikləri qanunsuz əməllərini ört-bastır edib. Bu gün isə həmin Məhəmməd Qələndərova yaxınlığı ilə seçilən yerli məmurlar ona sədaqət nümayiş etdirərək icra hakimiyyətində “hörümçək toru” quraraq icra başçısını həmin tora düşməsi üçün müxtəlif planlar həyata keçirirlər.

Mənbəmiz iddia edir ki, icra başçısı ilk öncə boşalan vəzifələrə təyinat barədə yox, ona qurulan “hörümçək toru” nu dağıtmaq haqda düşünməli, ətrafını tor quranlardan təmizləməlidir.
RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.