İcra başçısı həbs olunan rayonda vətəndaşın şikayətinə baxan yoxdur - VİDEO
Ötən ay Neftçala şəhəri, Heydər Əliyev prospekti 27 ünvanında yerləşən 4 mərtəbəli binada yanğın baş vermişdi. Həmin binanın 4-cü mərtəbəsində yaşayan Nəsibə Axundova Yeniavaz.com-a müraciət edərək yanğından sonra evlərinin zərər gördüyünü və binanın vəziyyəti ilə maraqlanan şəxsin olmadığını bildirdi: “Fevralın 8-də binanın damı tamamilə yandı. Yanğını söndürülən zaman evə ziyan dəydi. Yanğından sonra qızım ailəsi ilə birlikdə kirayə ev tutub çıxdılar. Lakin mən burada qaldım və bugünə qədər birtəhər yaşayırdım. Dünəndən yağan yağış suyu evə tökülür. Evə tökülən suyun qarşısını almaq üçün müxtəlif yerlərə plastik qablar qoymuşam. Bu gün isə özüm də evdən çıxıb, Salyanda yaşayan qohumum gilə getdim”.
Şikayətçi şəxs eyni zamanda Nefçala rayon İcra Hakimiyyətinə müraciət etdiyini və səlahiyyətli şəxs olmadığından məsələnin uzandığını bildirdi: “Oradan bizə dedilər ki, 10 gün əvvəl binanın üstü betonlanıb. Lakin betonlonan yerdən necə olur ki, su keçir? Hal-hazırda İcra Hakimiyyətində səlahiyyətli şəxs olmadığı üçün məsələni hər kəs bir-birinin üstünə atır. Bu gün İcra Hakimiyyətindən 2 nəfər gəldi ki, Salyan rayonundan gəlib məsələni həll edəcəklər. Lakin, zamanla bağlı bir söz demirlər. Fevralın 8-dən bugünə qədər 20 gündən çox vaxt keçib amma heç nə etmirlər. Bunu vaxtında yağışları nəzərə alaraq eləmək lazım idi. Öz evimiz ola-ola kirayədə və qohum evində yaşayırıq. Kirayə pulunu da öz cibimizdən veririk”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...