İcra başçısı həbs olunan rayonda vətəndaşın şikayətinə baxan yoxdur - VİDEO

İcra başçısı həbs olunan rayonda vətəndaşın şikayətinə baxan yoxdur - VİDEO Ötən ay Neftçala şəhəri, Heydər Əliyev prospekti 27 ünvanında yerləşən 4 mərtəbəli binada yanğın baş vermişdi. Həmin binanın 4-cü mərtəbəsində yaşayan Nəsibə Axundova Yeniavaz.com-a müraciət edərək yanğından sonra evlərinin zərər gördüyünü və binanın vəziyyəti ilə maraqlanan şəxsin olmadığını bildirdi: “Fevralın 8-də binanın damı tamamilə yandı. Yanğını söndürülən zaman evə ziyan dəydi. Yanğından sonra qızım ailəsi ilə birlikdə kirayə ev tutub çıxdılar. Lakin mən burada qaldım və bugünə qədər birtəhər yaşayırdım. Dünəndən yağan yağış suyu evə tökülür. Evə tökülən suyun qarşısını almaq üçün müxtəlif yerlərə plastik qablar qoymuşam. Bu gün isə özüm də evdən çıxıb, Salyanda yaşayan qohumum gilə getdim”.
Şikayətçi şəxs eyni zamanda Nefçala rayon İcra Hakimiyyətinə müraciət etdiyini və səlahiyyətli şəxs olmadığından məsələnin uzandığını bildirdi: “Oradan bizə dedilər ki, 10 gün əvvəl binanın üstü betonlanıb. Lakin betonlonan yerdən necə olur ki, su keçir? Hal-hazırda İcra Hakimiyyətində səlahiyyətli şəxs olmadığı üçün məsələni hər kəs bir-birinin üstünə atır. Bu gün İcra Hakimiyyətindən 2 nəfər gəldi ki, Salyan rayonundan gəlib məsələni həll edəcəklər. Lakin, zamanla bağlı bir söz demirlər. Fevralın 8-dən bugünə qədər 20 gündən çox vaxt keçib amma heç nə etmirlər. Bunu vaxtında yağışları nəzərə alaraq eləmək lazım idi. Öz evimiz ola-ola kirayədə və qohum evində yaşayırıq. Kirayə pulunu da öz cibimizdən veririk”.
Geri qayıt