Rayonu işdən çıxan icra başçısı idarə edir - İDDİA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev 4 ay əvvəl icra başçısı vəzifəsiylə vidalaşsa da, yenə rayonun idarə olunmasında əsas söz sahiblərindən biridir.
Bu barədə Xaçmazda fəaliyyət göstərən idarə müdirlərindən biri Yenisabah.az saytına məlumat verib. Mənbə deyib ki, Xaçmazın yeni başçısı Elnur Rzayev sələfinin razılığı olmadan heç bir təyinat gerçəkləşdirə bilmir. Bəzi idarə və müəssisə rəhbərlərinin indiki deyil, sabiq icra başçısına hesabat verdiyi bildirilir.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 15 il Xaçmaz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il oktyabr ayının 31-də tutduğu vəzifədən azad edilib. Onu 39 yaşlı Elnur Rzayev əvəzləyib. Maraqlısı isə odur ki, Xanbabayev işdən azad olunduqdan sonra Bakıya qayıtmaq barədə düşünməyib. O, YAP-ın Xaçmaz rayon təşkilatının sükanı arxasına keçərək, rayonun idarə olunmasında mövqeyini qoruya bilib.
Şəmsəddin Xanbabayevin Xaçmazda əsas söz sahibi olduğunu təsdiqləyən digər faktlar da mövcuddur. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət sabiq başçını seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Azər Həsrət deyib ki, Şəmsəddin Xanbabayevin göstərişi ilə büdcə təşkilatlarının əməkdaşları konkret namizədin xeyrinə təbliğat aparıblar.
Qeyd edək ki, 81 yaşlı YAP sədrinin icra başçısı Elnur Rzayevə münasibətdə subordinasiya qaydalarına əməl etməməsiylə bağlı xəbər onun vəzifəsini itirdiyi ilk gündən meydana çıxıb. Xanbabayev icra hakimiyyətinin qonaq evini tərk etmədiyi üçün onun yerinə təyinat alan Elnur Rzayev bir neçə gün rayonun mərkəzində yerləşən "Elit" otelində gecələməli olmuşdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...