XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC

Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC

Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25-02-2020, 09:45

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Son vaxtlar 3 rayonun icra hakimiyyətinin başçısının, birinci müavinlərin, YAP-ın rayon təşkilatı sədrinin, səhiyyə, təhsil şöbələrinin, icra hakimiyyəti şöbəsinin müdirlərinin həbs olunması sensassiya olsa da, digərləri üçün ibrət dərsi olmayıb.

Təəssüf ki, hələ də rüşvətxorluqdan, çirkin əməllərdən ayrıla bilməyənlər də var. Belələrindən biri də Saatlı Rayon İcra Hakimiyyti başçısının iqtisadi məsəllər üzrə sabiq müavini, hazırda “Azərpambıq” ASC-də audit kimi peyda olunmuş Rahib Salahov və ona saxta diaqnozla yüksək məbləğdə pensiya düzəltmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa səlahiyyətli nümayəndəsidir.
Üç il əvvəl Rahib Salahov Saatlı Rayon İcra Hakimiyyti başçısının iqtisadi məsələlər üzrə müavini işləyən zaman pensiya haqqında qanuna əlavə və dəyişiklik olunur. R.Salahov görür ki, bu əlavə dəişiklik qüvvəyə minəndən sonra o, pensiyaya çıxanda istədiyi miqdarda pensiya pulu ala bilməyəcək. Ona görə də yeni qanunun qüvvəyə minməsinə 3 ay qalmış Rahib Salahov qəflətən “səhhətindəki problemlə” əlaqədat rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən istefa verir. Sonra üz tutur Saatlı Rayon Mərkəzi Xəstəxanasının Adəm adlı həkiminin yanına. Adəm həkim həm də rayon xəstəxanasında əlilliyi müəyyənləşdirən komissiyanın koordinatorudur. Rahib Salahov Adəm həkimlə, sonuncu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahəyə baxan məsul işçisi ilə sövdələşmə apardıqdan sonra başçının iqtisadiyyat üzrə müavini Rahib Salahov dönüb olur II qrup əlil və pensiya yaşına bir neçə il qalsa da, “pensiyaçı dövlət qulluqçusu” olur.
Saatlı rayonunda Rahib Salahovu yaxından tanıyanlar yaxşı bilirlər ki, rayonda 5 nəfər sağlam adam varsa, onun biri də Rahib Salahovdur. Bu necə II qrup əlildir ki, hazırda “Azərpambıq” ASC-də audit kimi rayaon-rayon gəzir? Saatlıda müavin kimi işləməyə “səhhəti yol vermədiyi” halda, indi hər gün sorağı respublikanın müxtəlif rayonlarından gəlir.
R. Salahovun saxta diaqnozla II qrup əlillik alması məsələsi barədə bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdu. Aparılan yoxlama zamanı faktlar təsdiqlənən zaman yoxlama heç bir səbəb olmadan dayandırıldı. Rahib müəllim özü etiraf edib ki, bu yoxlamanı dayandırmaq üçün 6 min manat xərci çıxdı. Onun min manatı Saatlı rayon mərkəzi xəstəxanasında ona kömək edən Adəm həkimə, 5 min manatı isə Adəmin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki tanışaına çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahib Babayev cənabları tez-tez deyir ki, kim saxta yolla əlillik alıbsa, mütləq ləğv olunacaq. Buyurun, Saatlı Rayon İcra Hakimiyyti başçısının iqtisadi məsəllər üzrə sabiq müavini, hazırda “Azərpambıq” ASC-də audit kimi yorulmadan fəaliyyət göstərən II qup əlil Rahib Salahovu yoxlasanız, görərsiniz ki, Saatlıda kimin pulu çoxdur. Adəm həkimin vasitəçiliyi ilə istədiyi əlillik qrupunu ala bilir. Rahib Salahov kimi. Yəni dövləti aldadıb büdcə vəsaitini mənimsəmək belə asandırmı? //gundemxeber.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.