"Nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?" - GİLEY
Cəfərov Ramil Vahid oğlu Kürdəmir sakinidir. Dolanışıq üçün Bakıya üz tutub. Hal – hazırda kirayədə qalır. 3 oğul atasıdır, qazancı ailənin dolanışığına bəs etmir. Sosial yardım üçün dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib.
DİA.AZ bildirir ki, Ramil Cəfərov uşaqlarının dövlətimizin qayğısına ehtiyacı olduğunu deyir: “Sabah bu körpə balalar böyüyüb vətənin keşiyində durması üçün bunların normal yaşaması lazımdır. 18 yaşı tamam olan kimi əsgər çağıracaqlar. Dövlətimiz bu körpələri əsgər yaşına çatanda yada saldığı kimi, bu gün də bunların qayğısına qalmalıdır”.
“Bəzi deputatlar uşaqpulunun sosial yardım kimi imkansız ailələrə verildiyini deyir. Elə isə nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?” – deyən Ramil Cəfərov üzləşdiyi problemlərin həll edilməsini xahiş edir. 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...