SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazax Elektrik Şәbәkәsi rәsinin özbaşınalığı - ŞİKAYƏT

Qazax Elektrik Şәbәkәsi rәsinin özbaşınalığı - ŞİKAYƏT

Tarix:

12-04-2017, 09:49

/ 59 425 dəfə oxundu.
Qazax Elektrik Şәbәkәsi rәsinin özbaşınalığı - ŞİKAYƏT

Mәcburi köçkünlәrdәn işlәtmәdiklәri elektrik enerjisinin pulu tәlәb edilir bizdə, vaxtaşırı müxtәlif rayonlarımızda mövcud olan sosial problemlәri işıqlandırmağa çalışırıq. Eyni zamanda bğlgәlәrdәn tez¬tez redaksiyamıza müxtәlif dövlәt qurumlarının qanunsuz әmәllәri, mәmur özbaşınalığı, yerlәrdә vәtәndaşlarımızın hüquqlarının kobud şәkildә pozulması ilә bağlı redaksiyamıza şikayәtlәr daxil olur. Bu şikayәtlәri araşdırır vә araşdırmanın nәticәlәri barәdә qәzatimizdә yazılar dәrc edirik. Hazırda haqqında bәhs edәcәyimiz problem isә Qazax rayonundan "Azәrişıq" Açıq Sәhmdar Cәmiyyәtinin Qazax rayon Elektrik Şәbәkәsinin fәaliyyәti, daha doğrusu yol verdiyi özbaşınalıqla bağlıdır. Belә ki, Qazax rayonunda yaşayan mәcburi köçkün ailәlәri "Azәrişıq" ASC¬nin yerli әmәkdaşları tәrәfindәn aldadılıb. Qazax rayonu, Әliağa Şıxlinski küçәsindә yerlәşәn 24 mәnzillik binada yaşayan mәcburi köçkünlәrin bildirdiyinә görә, "Azәrişıq" ASC¬nin yerli әmәkdaşları binada yaşayan sakinlәrin, daha dәqiq desәk, 24 mәnzilin elektrik sayğaclarını dәyişib. Bәs problem nәdәn ibarәtdir? Sakinlәrin bildirdiyinә görә, dәyişilәn sayğaclardakı rәqәmlәrlә sonradan verilәn qәbzlәdәki rәqәmlәr tamamilә uyğun gәlmir. Belә ki, sayğaclardan birindә son göstәrici1 1.864 kilovatt olsa da, verilәn qәbizdә abonentin 25,326 kilovatt elektrik enerjisi sәrf etdiyi göstәrilir. Digәr sakinlrә verilәn qәbzlәrlә bağlı da eyni vәziyyәtdir. Demәk olar ki, hәr saygacda sakinlәrin guya 13,00 kilovat artıq enerji sәrf etdiyi iddi olunur. Bu saxtakarlıq isә hәmin binada yaşayan mәcburi köçkünlәrin ciddi narazılığına sәbәb olub. Sakinlәrdәn aldığımız mәlumata görә, onlar mәsәlә ilә bağlı etirazlarını yerli elektrik şәbәkәsinin rәisi Elşadmüәllimә bildiriblәr. Lakin elektrik şәbәkәsinin rәisi mәcburi köçkünlәrin şikayәtinә kobud cavab verib. O, sakinlәrә deyib ki, kimә şikayәt edirsinizә edin, mәn mәsәlәni özüm bildiyim kimi hәll edәcәyәm, qәbzlәrdә göstәrilәn mәblәği ödәmәlisiniz. Bundan sonra mәcburi köçkünlәr Qazax rayon İcra Hakimiyyәtinin başçısı Rәcәb Babaşovun qәbulunda olub vә üzlәşdiklәri qanunsuzluqla bağlı ona şikayәtediblәr. Buna baxmayaraq, mәsәlә hәll olunmamış qalıb. Nә icra başçısı, nә dә Qazax rayon elektrik şәbәkәsinin rәisi sakinlәrin şikayәtini tәmin etmәk istәmirlәr.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ