SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şirvanda mənzil fondunun istismar yığımı niyə nəzərə alınmayıb? – HESABAT

Şirvanda mənzil fondunun istismar yığımı niyə nəzərə alınmayıb? – HESABAT

Tarix:

11-04-2017, 18:28

/ 1 175 dəfə oxundu.
Şirvanda mənzil fondunun istismar yığımı niyə nəzərə alınmayıb? – HESABAT

Ötən gün Azərbaycan Hesablama Palatasının rayonlarda apardığı audit yoxlamalarının nəticələri ilə bağlı hazırladığı hesabat açıqladı. Hesabatda aidiyyatı qurumlar tərəfindən büdcənin talanması faktları çılpaqlığı ilə göstərilməklə yanaşı, konkret rəqəmlər və hansı sahələrin talanması faktları qeyd olunurdu. Hesabatda hələlik bizə bəlli olan 10-dan artıq rayonda büdcənin talanması faktı qeyd olunurdu.
Açıqlanan hesabatda çox önəmli olan bir rayonun adı vardı.
Ömrünü, həyatını bu rayona bağlayan, bütün varlığı ilə ölkəsinə, vətəninə, millətinə həsr etdiyini ağız dolusu ilə hətta məhkəmə zallarına bildirən icra başçısı Mərdan Camalovun rəhbərlik etdiyi Şirvan şəhərinin də adı qeyd olunurdu.
Bu faktları nə biz araşdırmışıq, nə də Mərdan Camalov bu yazıdan sonra köhnə ənənəsinə sadiq qalıb bizi məhkəməyə verə bilməyəcək. Çünki, bu faktlar Hesablama Palatasının rəsmi yaydığı hesabatdandır.
Uzatmadan keçək hesabatda yayılanlara və büdcədən hara yoxa çıxdığı hələ də müəmmalı qalan pulların taleyinə…
Hesabatda bildirilir ki, Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kv. metrinə düşən xərc araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib.
Keçək Mərdan Camalovun rəhbəri olduğu rayonda təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilməsinə…
Hesabatda deyilir ki, qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib:
“Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb”.
Daha bir kobud qanun pozuntusu…
Bütün bunlarla yanaşı auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib:
“Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb”.
Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan şəhər İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisiə məlumat verilib. Qeyd edək ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4,817 mln. manat məbləğində vəsait əhatə olunub.
Məlumatda qeyd olunur ki, ümumilikdə Şirvan Şəhər İcra Hakimiyyətində 15 hal aşkarlanıb. Palata tərəfindən görülən tədbirlərdən sonra maliyyə pozuntularından Şirvan Şəhər İcra Hakimiyyətindən 70 749,5 manat ödənilib. 5 nəfər şiddətli töhmət, 14 nəfər töhmət alıb.
Bütün bunların fonunda qaranlıq bir neçə məqam var ki, buna aydınlıq gətirilməlidir. Məsələn, bu pozuntular hansı şəraitdə və necə baş verib. Həmçinin yoxlamalar hansı qurumlarda aparılıb və kimlərə töhmət verilib? Bu barədə hesabatda heç bir açıqlama yoxdur.
Dövlət büdcəsini düzgün xərcləməmək və yenidən pul gətirib yerinə qoymaq hansı qanunla tənzimlənir? Çinayət varsa cəza da var. Hər bir cinayətin öz cəzası oldugu kimi, dövlət büdcəsini düzgün xərcləməməyin da konkret maddə ilə cəzası var. Yəqin ki, yaxın aylarda biz bunun şahidi olacağıq. Dövlət büdcəsini talayanların hansı cəza alacağının şahidi olacağıq.

Şərhlər

XƏBƏR LENTİ