SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xəzinə idarəsinin Gədəbəydə açılmasında Bayramovlar əli: nazirə faktlar…

Xəzinə idarəsinin Gədəbəydə açılmasında Bayramovlar əli: nazirə faktlar…

Tarix:

13-02-2020, 13:40

/ 1 986 dəfə oxundu.
Xəzinə idarəsinin Gədəbəydə açılmasında Bayramovlar əli: nazirə faktlar…

Yeni il ərəfəsində gədəbəylilərə xoş “xəbər” verilib. Sosial şəbəkədə “Güzgü” səhifəsi yazıb ki, yeni ildən ölkədə regional xəzinə idarələri fəaliyyətə başlayacaq.

Gədəbəy rayonun da daxil olduğu regionun bütün regional idarələri Şəmkir rayonunda olmasına baxmayaraq, regional xəzinə idarəsi Gədəbəydə yerləşəcək.

Səhifə yazır ki, regional xəzinə idarəsinin bu rayonda açılması qərarının qəbul edilməsində əslən rayondan olan Azər Bayramovun müstəsna rolunun olması şübhəsizdir.

Bu qərar eyni zamanda Maliyyə Nazirliyi rəhbərliyinin Gədəbəy rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədova yüksək etimadının göstəricisidir.

Hə, gələk indi Bayramovlar kimdir...

Bəzi media quruluşlarında Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirməsi haqda informasiyalar yayılıb.

Daxil məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib.

Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır.

Bu barədə cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir.

İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan "Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir.

Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin "aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir.

Bir müddət əvvəl strateq.az yazmışdı ki, vəsaitlərin talanmasını Gədəbəyin keçmiş başçısı Ramiz Yediyarov və rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov həyata keçirsə də, onlara himayədarlığı maliyyə nazirinin müavini Azər Bayramov edib.

Azər Bayramovla Namiq Məmmədovun aralarında həddən artıq yaxın münasibətlər mövcuddur.

Gədəbəydə çox adama məlumdur ki, Namiq Məmmədov il boyu Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarına, xüsusilə Azər Bayramova tonlarla xüsusi becərilmiş kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı və s. göndərir.

Bundan başqa, Azər Bayramov-Namiq Məmmədov münasibətlərinin görünməyən tərəfi daha ciddidir.

Məsələ ondadır ki, bu münasibətlərdə ücüncü bir tərəf kimi, Namiq Məmmədovun yeznəsi Əbülfət Əsədov da iştirak edir. Azər Bayramov Əbülfət Əsədovla da çox yaxın münasibətdədir.

Əbülfət Əsədov vaxtilə Gəncə neft bazasında işləyərək, qardaşı Habil Əsədovla birlikdə dövlətin külli miqdarda əmlakını talayaraq, ölkəni tərk edib. Həmin pullarla Çin Xalq Respublikasında ayaqqabı istehsalı sahələri yaradıb, hazırda da böyük imkanlara malik biznesmendir, dünyanın bir sıra ölkələrində də biznes sahələri yaradıb.

Deyilənə görə, Azər Bayramov Əsədov vasitəsilə ölkə xarıcində böyük biznes şəbəkəsi qurmağa başlayıb. Məhz bu əlaqələr, eyni zamanda rayonda talan edilmiş büdcə vəsaitindən alınan pay indi Bayramovu məcbur edir ki, N.Məmmədovu yaranmış real təhlükədən qorusun.

İş o yerə çatıb ki, bu gün Namiq Məmmədov icra başçısından heç də az səlahiyyətlərə malik deyil. Deyilənlərə görə, rayonda sahibkarların baş bəlasına çevrilmiş Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır. Bildirilir ki, onun Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur.

Qeyd olunur ki, yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən Namiq Məmmədov yerli iş adamlarına göz verib, işıq vermir, onları əlavə problemlərlə üz-üzə qoyur.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ