GDU rektoru tələbələri niyə “karusel”ə yolladı? – İddia
Gəncə Dövlət Universitetinin (GDU) müəllim və tələbə heyətinin 9 fevralda keçirilən parlament seçkilərində “karusel” əməliyyatında iştirak etdikləri haqda xəbərlər yayılıb.
Reportyor.info-nun verdiyi məlumata görə, Gəncədəki bütün dairələr üzrə səsvermə məntəqələrində GDU-nun tələbə və müəllim korpusundan istifadə olunub.
İddialara görə, bu prosesin başında rektor Yusif Yusifov dayanıb və onun təlimatı əsasında seçki saxtakarlığına yol verilib. Həmin gün GDU-nin bir qrup tələbələri və müəllimləri ayrı-ayrı məntəqələrdə təkrar səs vermədə iştirak ediblər.
Məlumatda deyilir ki, rektor Y.Yusifovdan “karusel” təşkil etməsi tələb olunmayıb. Sadəcə, GDU rəhbərliyi Gəncə şəhər icra başçısı Niyazi Bayramova canfəşanlığını nümayiş etdirmək üçün seçki saxtakarlığında fəallıq göstərib. Bildirilir ki, icra başçısı ilə rektorun münasibətləri o qədər də ürəkaçan deyil, N.Bayramov Y.Yusifovu yaxınlığına buraxmır.
Buna səbəb rektorun sui-qəsd edilmiş sabiq icra başçısı Elmar Vəliyevlə yaxınlığı və əlaqələrinin olmasıdır. Ona görə də N.Bayramov ilk vaxtdan vəliyevçilərlə məsafə saxlayıb, sıx təmas qurmamağa çalışıb.
Elə seçki günü də icra strukturlarından GDU rəhbərliyinə heç bir tapşırıq olmayıb ki, karuseldə iştiraka dəstək versinlər. Sadəcə, Y.Yusifov icra başçısı ilə əlaqələrini möhkəmləndirmək və onun gözünə girmək üçün bu addımı atdığı iddiaları səslənir.
Başqa bir xəbərdə isə söylənir ki, GDU rektorunun özfəaliyyəti heç də bəyənilməyib və yaxşı qarşılanmayıb. Adı tez-tez rüşvət yığılmasında, müxtəlif qalmaqallarda hallanan bu universitetin imici son illər tamamilə aşağı düşüb.
Ölkənin ikinci şəhərinin nüfuzlu və hörmətli ali məktəblərindən olmuş Gəncə Dövlət Universiteti məhz rektor Yusif Yusifovun idarəçilikdə yol verdiyi neqativlər ucbatından reputasiyasını itirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...