Rəşad Camalovun seçicilərlə görüşləri davam edir - Fotolar
46 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülmüş Rəşad Camalovun seçicilərlə görüşləri davam edir.
Xalqxeber.az xəbər verir ki, bu silsilədən növbəti görüş şəhərin Bayramlı qəsəbəsində və Şirvan şəhərinin müxtəlif ərazilərində keçirilib.
Rəşad Camalov əgər millət vəkili seçilərsə Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi müddət ərzində seçicilərinin etimadını doğrultmağa çalışacağını bildirib. Eyni zamanda deputatlığa namizəd ona ünvanlanan suallara cavab verib, seçicilərin müraciətlərini, problem və təkliflərinin dinləyib. Deputatlığa namizəd bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərilməsi Üçün lazımı işlər görəcəyini bildirib.
Seçicilər bu görüşlərə görə Rəşad Camalova təşəkkür ediblər və fevralın 9-da keçiriləcək seçkilərdə birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər. Sakinlər artıq bu dairədən yerli sakinin deputat olmasını istədiklərini vurğulayıblar.
Rəşad Camalov seçicilərə müraciət edərək bildirib ki, Şirvan şəhəri ilə mütəmadi əlaqəsinin olduğu üçün sakinlərin problemlərini də, onların istəklərini də, şəhərə xas olan dəyərləri də çox yaxşı bilir.
Namizəd qeyd edib ki, millət vəkili seçiləcəyi təqdirdə:
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına əsaslanaraq ölkə vətəndaşlarının mənafelərinin keşiyində duracağam. Ölkəmizdə sosial-iqtisadi, siyasi sabitliyin qorunması üçün qüvvə-bacarığımı əsirgəməyəcəyəm. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün zəruri olan qanun və qərarların, Dövlət Proqramlarının qəbul edilməsinə çalışacağam. Şirvan şəhərinin bələdiyyə mülkiyyətindən və hüquqlarından səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, bu ərazidə ekoloji problemlərin həll olunmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına yönələn qanunların qəbul edilməsinə nail olacağam. Əlillər, şəhid ailələri, kimsəsizlər, çoxuşaqlı analar, köməyə ehtiyacı olan aztəminatlı insanlar üçün sosial müdafiə proqramının dərinləşdirilməsi və sosial ədalət prinsipi ilə bunların həyata keçirilməsi ilə bağlı qanunların həyata keçirilməsinə çalışacağam.
Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən məqsədyönlü siyasətdən iqtisadi-siyasi islahatlardan razılıq edən seçicilər qarşıdan gələn parlament seçkilərində Rəşad Camalova səs verəcəklərini bildiriblər.




















Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...