SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rəşad Camalov Şirvanda Qarabağ Qazilərini evində ziyarət etdi

Rəşad Camalov Şirvanda Qarabağ Qazilərini evində ziyarət etdi

Tarix:

1-02-2020, 00:07

/ 2 919 dəfə oxundu.
Rəşad Camalov Şirvanda Qarabağ Qazilərini evində ziyarət etdi

46 saylı Şirvan seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Rəşad Camalov, Qarabağ qaziləri Əlniyaz Xəlilovu və Qulu Abdullayevi evlərində ziyarət edib. Camalov ziyarət zamanı qazilərin səhhəti ilə maraqlanıb və onların fikirlərini dinləyib.
"Siz Qarabağ savaşından əziyyət çəkmiş insanlarsınız, öz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Ölkə başçısının Qarabağ Qazilərinə diqqət və qayğısı böyükdür. Belə ki, qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində respublikamızın bölgələrində yeni-yeni yaşayış binaları tikilib istifadəyə verilir. Dövlət başçısının qayğısının təzahürüdür ki, qazilərə avtomobillər paylanılır. Çünki sizin kimi dəyərli, igid və cəsarətli mərd qazilərimizə görə, Azərbaycan müstəqilliyini qoruyub, saxlayır. Ona görə Azərbaycan dövləti sizə daim diqqət göstərir və yardım edir.

Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaqdır. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz öz yerində öz işi, əməyi ilə o günü yaxınlaşdırmalıdır. Bu gün Azərbaycanın imkanları böyük dərəcədə genişlənmişdir" deyə Rəşad Camalov qeyd edib.
Rəşad Camalov Şirvanda Qarabağ Qazilərini evində ziyarət etdi








Şərhlər

XƏBƏR LENTİ