Fəzail İbrahimli seçicilərlə görüşlərini dayandırmalı oldu - ETİRAZ+VİDEO
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizəd Fəzail İbrahimli yenə seçici etirazı ilə üzləşib. Təbliğat-təşviqat dövründə tez-tez seçicilərin narazılıqları ilə qarşılaşan deputat-namizəd məcburən görüşləri dayandırmalı olub.
Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Cəlilabadın Ağdaş və Kolanlı kəndlərində, Göytəpə şəhərində keçirdiyi görüşlərdə əhalinin ciddi etirazları F.İbrahimlini növbəti görüşlərini təxirə salmağa məcbur edib: "Köhnə deputatların əksəriyyəti bu vəziyyətdədir. Ona görə də seçicilərlə açıq görüşlərdən çəkinirlər, icralarla danışır büdcə təşkilatı işçilərini yığırlar ki, heç kim söz deyə bilməsin. Belə toplantılar təşkil edir, şəkil çəkdirir gedirlər. Axırıncı dəfə 2015 parlament seçkilərində olublar yerlərdə, indi kimi aldadırlar - Prezidenti?"
Redaksiyamıza təqdim olunan videodan da görünür ki, vətəndaşlar deputatın onların problemlərini parlamentdə səsləndirməməsindən, onların güzəranına biganə qalmalarından narazıdırlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...