“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI
Gününü Türkiyədə, Rusiyada keçirən, vətəndən uzaqlarda yaşamağa üstünlük verən Baba Məmmədli indi vətəni yada salıb, “vətən sevdası” ilə Lənkərandan deputat seçilmək istəyir.
Bunu AFN-ə 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri bildiriblər. Onlar B.Məmmədlinin namizədliyinə etiraz edirlər: “Hərbi xidmətdən “qoturluq xəstəliyi” adı ilə yayınan bu adam da son vaxtlar ağız dolusu vətənpərvərlikdən danışır, bəlkə də “vətənin qayasında mamır olub bitərdim” xülyasını lənkəranlılara təlqin etmək istəyir. İndi gənclərə şirin vədlər verən Baba Məmmədli onları öz tərəfinə çəkib elektorat yaratmaq iştahasındadır. Deyəsən, o, bu xəyal ilə yaşayır ki, “gəzməyə qərib ölkə, deputat seçilməyə Lənkəran yaxşı”. Xalq məsəlində deyildiyi kimi, “utanmasan oynamağa nə var ki”. Çox güman ki, bu sevda baş tutan deyil və Baba Məmmədli arzusuna yetməyəcək. Çünki biz 73 saylı dairənin seçiciləri olaraq Baba Məmmədliyə “yox” deyirik”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...