“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI

“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI Gününü Türkiyədə, Rusiyada keçirən, vətəndən uzaqlarda yaşamağa üstünlük verən Baba Məmmədli indi vətəni yada salıb, “vətən sevdası” ilə Lənkərandan deputat seçilmək istəyir.

Bunu AFN-ə 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri bildiriblər. Onlar B.Məmmədlinin namizədliyinə etiraz edirlər: “Hərbi xidmətdən “qoturluq xəstəliyi” adı ilə yayınan bu adam da son vaxtlar ağız dolusu vətənpərvərlikdən danışır, bəlkə də “vətənin qayasında mamır olub bitərdim” xülyasını lənkəranlılara təlqin etmək istəyir. İndi gənclərə şirin vədlər verən Baba Məmmədli onları öz tərəfinə çəkib elektorat yaratmaq iştahasındadır. Deyəsən, o, bu xəyal ilə yaşayır ki, “gəzməyə qərib ölkə, deputat seçilməyə Lənkəran yaxşı”. Xalq məsəlində deyildiyi kimi, “utanmasan oynamağa nə var ki”. Çox güman ki, bu sevda baş tutan deyil və Baba Məmmədli arzusuna yetməyəcək. Çünki biz 73 saylı dairənin seçiciləri olaraq Baba Məmmədliyə “yox” deyirik”.
Geri qayıt