Şirvanda Əsmər Əliyeva “rüzgar"ı - Sabiq generalın qızı haqqında ilginc məlumatlar
46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı barədə ilginc məlumatlar yayılıb...
Sosial şəbəkələrdə yayılan məlumatlara görə 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın atası ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin qızıdır. Əlimusa Əliyev sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olduğu barədə mətbuatda məlumatlar gedib.
Qeyd edək ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi Prezident İlham Əliyev tərəfindən ləğv edildikdən sonra qurumun bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev Əlimusa Əliyevi təhlükəsizlik orqanlarından uzaqlaşdırdı.
Eldar Mahmudovun digər kadrları kimi Əlimusa Nağıyev də dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməyi "bacarıb". Onun hazırda da bir neçə rayonda mülklərinin, istirahət kpmplekslərinin olduğu deyilir.
Məsələn, deputatlığa namizədin atasının milyonlarla qiyməti olan mülklərindən biri Qaxın İlisu kəndindəki "BERGS HOTEL AND RESTAURANT" istirahət mərkəzidir.
Həmçinin, onun Qəbələ şəhərində də istirahət məkanları var.
Xatırladaq ki, 1985-ci il təvəllüdlü Əsmər Əliyeva 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
O, Bakı Dövlət universitetinin Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
Şirvan şəhərinə yeni təyin edilmiş İcra başçısı İlqar Abbasovun Əsmər Əliyevaya dəstək nümayiş etdirdiyi də yayılan məlumatlar sırasında yer alır.
azfakt.com




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...