Şəmkirdə seçki şousuna tədarük görülür - Fazil Məmmədovun adamı köhnə əhvaldadır
Şəmkirin İcra başçısı Alimpaşa Məmmədov seçki saxtakarlığına hazırlıq görür.
Şəmkirdə bələdiyyə seçkilərinə müdaxilə faktları ilə bağlı PA-nın rəhbəri Samir Nuriyev tərəfindən tənqid olunmuş Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə seçkilərdə saxtakarlıq meyillərindən əl çəkmək istəmir. Beləki Şəmkirdə nüfuzlu gəncləri, müharibə veteranlarını, savadlı kadrları və vətənpərvər insanları seçkilərdən uzaqlaşdırırlar. Belə şəxslərdən bir neçəsi, qazi Dilqəm Əliyev, Elbariz Tağıyev və Ceyhun Nəbidir. Müxtəlif bəhanələrlə bu 3 şəxsi seçkilərdən kənarda saxlamağa müvəffəq olub. Həmçinin 99 sayılı Şəmkir Kənd seçki dairəsindən namizəd olan Zeynalov Tural Allahverdi oğluna qarşı qarayaxma kampaniyası başlayıb. Müxtəlif insanlara onu dəstəkləməmək və yanında olmamaqla bağlı göstərişlər verilib.
Zeynalov Tural Allahverdi oğlu Şəmkirdə nüfuzlu gənclərdən biridir. Xalqının və dövlətçiliyin yanında olan gəncləri irəli çəkmək əvəzinə, onlara süni problemlər yaradırlar.
Tural Zeynalovun atası müharibənin qanlı vaxtlarında müharibə fonduna böyük məbləğdə maliyyə vəsaiti köçürüb. Özü də Şəmkir əhalisinin sevimlisi və hər zaman onlarla birlikdə olan insandır. İcra başçısı Alimpaşa Məmmədov isə belə bir insanı nüfuzdan salmağa cəhd edərək, bu məqsədlə inzibati resursları səfərbər edib. Xalqın sözünün ifadəçisinə, onların problemlərini həll edəcək insanlara seçkilərdə maniyə yaratmaq sağlam seçki prosesinin təməllərini sarsıtmaqdır. Xüsusi olaraqda xalq və hakimiyyət arasında körpü ola biləcək nüfuzlu insanlara qarşı bunu etmək daha da pis tendensiyadır.
Sozcu.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...