XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Mingəçevirlilər Prezidentə müraciət etdi... - MƏTN

Mingəçevirlilər Prezidentə müraciət etdi... - MƏTN

Mingəçevirlilər Prezidentə müraciət etdi... - MƏTN
22-01-2020, 12:20

"9 fevral seçkiləri ilə bağlı bütün ölkədə müşahidə olunan aktivlik əslində Azərbaycan xalqının cənab Prezident İlham Əliyevin çağırışına böyük sayğı ilə reaksiya verməsinin təzahürüdür". Bu sözlər Prezident İlham Əliyevə Mingəçevir ictimaiyyəti adından ünvanlanmış müraciətdə yer alıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra qeyd olunur:

"Cənab Prezident! Biz Azərbaycanın 4-cü şəhəri kimi qəbul edilən Mingəçevir sakinləri olaraq hər zaman Sizi dəstəkləmişik və bundan sonra da Sizin siyasətinizə sadiq qalacağıq. Amma bəzi yerlərdə olduğu kimi Mingəçevirdə də XALQ-PREZİDENT birliyinə kölgə salmağa çalışanlar var ki, onların da əsas başlıca məqsədi Prezidenti camaatdan ayırmaqla öz çirkin maraqlarını həyata keçirməkdən ibarət olub.

Təbii ki, onlar nə qədər çalışsa da, xalqın öz Prezidentinə olan inamını sarsıda bilməyəcəklər.

Cənab Prezident! Qarşıdan parlament seçkiləri gəlir. Başa düşürük ki, çətin regionda yerləşən Azərbaycann bu siyasi mərhələdən də uğurla keçə bilməsinin təminat təkcə Sizdən yox, həm də Azərbaycan vətəndaşları olaraq hər birimizdən asılıdır və biz Sizə söz veririk ki, 9 fevral seçkiləri Azərbaycanda yeni siyasi mərhələnin ən böyük təməllərindən biri olaraq tarixə qızıl hərflərlə yazılacaq.

Amma biz ayaqda olduğumuz kimi, Sizin və xalqın maraqlarına zidd olaraq bəziləri yenə də köhnə təhlükəli vərdişlərindən əl çəkməyərək Mingəçevirdə xalqın deyil, özlərinin istəklərini həyata keçirməyə çalışırlar ki, bu da nə qanunlarla, nə də Sizin çağırışlarınızla uyğun deyil.

Cənab Prezident! Azərbaycan müstəqil olandan Mingəçevirdə həmin qüvvələr hər zaman özlərini göstərməyə çalışıblar. Bu dəfə də hərəkətdədirlər. Bizim Sizdən tək istəyimiz Mingəçevirdə 9 fevral seçkilərinin sırf dövlətimizin və xalqımızın maraqlarına uyğun təmin olunmasına dəstək verməyinizdir. Biz bu seçkilərdə həqiqətən də Mingəçevir sakinlərinin istəyini ifadə edən şəxsi deputat görmək istəyirik və bunun əksini istəyən qüvvələrin hüquqi baxımdan cəzalandırılmasını və Mingəçevirdə müşahidə olunan hazırki seçki tədarükü prosesinə hüquqi müdaxilənin edilməsini xahiş edirik".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.