SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qoşqar Təhməzlinin Bərdədəki adamından rüsvayçı hərəkət- Təfsilat

Qoşqar Təhməzlinin Bərdədəki adamından rüsvayçı hərəkət- Təfsilat

Tarix:

16-01-2020, 14:17

/ 846 dəfə oxundu.
Qoşqar Təhməzlinin Bərdədəki adamından rüsvayçı hərəkət- Təfsilat

Bu yaxınlarda Bərdə rayonunda maraqlı hadisə baş verib. Olayın təfərrüatı sosial mediada yayılıb və iddialara görə, bir inək üstündə məmur olmazın hoqqalardan çıxıb

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə Regional İdarəsinin rəisi Vüqar Zeynalov rayonda yaşayan ağdamlı köçkün Elmir Abbasovun başına oyun açıb.

E.Abbasova aid iki inək regional idarə tərəfindən yoxlanışdan keçib, Forma 1 arayışı təqdim olunub, xəstəlik olmadığı qeyd edilib və kəsilməsi münasib bilinib. Bundan sonra məcburi köçkün sevincək heyvanlarını götürüb Ağcabədiyə yollanmaq istəyib ki, satıb ailəsinə çörək pulu aparsın.

Amma “sən saydığını say, gör Vüqar Zeynalov nə sayıb”. O, qəfildən fikrini dəyişərək verdiyi arayışa baxmayaraq, E.Abbasova qoşularaq Ağcabədiyə gedib. Halbuki, Ağcabədi AQTA-nın Bərdə regional idarəsinə tabe deyil, Ucar regional idarəsinin tabeliyindədir.

İntəhası, V.Zeynalov qanunun həddini aşaraq, əsassız yerə Ağcabədiyə gedib. Burada E.Abbasovun heyvanlarına baxılıb, ətə möhür vurulub, kəsilməsinə başlananda AQTA-nın Bərdə regional idarəsi rəisi mane olub.

V.Zeynalov fikrini belə əsaslandırmaq istəyib ki, guya ətin sağlam olmasından şübhələnir. Hərçənd ki, özü Forma 1 arayış verib.

Bundan sonra E.Abbasovun heyvanlarını götürən V.Zeynalov onları Ağdama apardıb. Və yenə də burada qanunu pozub. Çünki Ağdam da AQTA-nın Ucar regional idarəsinə tabedir.

O isə qanunları ayaqlar altına ataraq, guya heyvanları laboratoriya edəcəyi adı ilə Ağdamda hansısa ərazidə saxladıb.

Bütün bu əhvalatdan sonra E.Abbasov Baş Prokurorluğa və Bərdə Rayon Prokurorluğuna müraciət edib, AQTA-nın “qaynar xətt”inə məlumat verib.

Vətəndaş heyvanlarının qanunsuz yerə əlindən alınması və V.Zeynalovun “qoçuluq” etməsi haqda şikayətini çatdırıb.

Belə məlum olur ki, AQTA sədri Qoşqar Təhməzlinin Bərdədəki nümayəndəsi sahibkarları incitməklə məşğuldur.

Onun Ağcabədiyə, sonra Ağdama getməsi, heyvanları sahibindən alması hansı məqsədi güdür, demək çətindir. Lakin ilk dəfə belə üslubda məmur özbaşınalığına rast gəlinir.

V.Zeynalov köçkünün haqqını əlindən almaqla onu AQTA-dan, dövlətdən narazı saldığının fərqində olmayıb.

Bu qurumun yaradılmasından məqsəd qida təhlükəsizliyini təmin etmək, şəffaf iş aparmaq idi. Prezidentin etimadını doğrultmayan bu agentlik böyük narazılıq ordusu yaratmaqdadır - sahibkarları, obyektləri, kəndçiləri incitməklə...

Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan E.Mahmudov çetesinin daha “mədəni” forması olan AQTA işçiləri obyektlərdən, restoranlardan xərac yığmaqda ittiham edilirlər.

Bir müddət əvvəl jurnalist Eynulla Fətullayev də yazmışdı ki, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir:

“Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, QTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar:

“Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir.

Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur. Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”.

Q.Təhməzlinin fəaliyyətindən narazılıq barədətəkcə E.Fətullayev yazmır. Vaxtaşırı bu qurumun özbaşınalıqları, insanların qida təhlükəsizliyinə birbaşa təhlükə olmaları haqda məlumatlar verilir. Əvəzində isə agentlik sədrinin başı xaricdəki biznesinə qarışıb.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ