XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Masallıdakı 2500 illik qəbiristanlıqla bağlı qalmaqal təsdiqini tapmır (ARAŞDIRMA)

Masallıdakı 2500 illik qəbiristanlıqla bağlı qalmaqal təsdiqini tapmır (ARAŞDIRMA)

Masallıdakı 2500 illik qəbiristanlıqla bağlı qalmaqal təsdiqini tapmır (ARAŞDIRMA)
13-01-2020, 15:27

Sosial şəbəkələrdə Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafil Hüseynovun Hişkədərə kəndinin qədim qəbirstanlığının yerində obyekt tikdirməsi ilə bağlı xəbər geniş müzakirələrə səbəb olub. Kənd sakinlərinin dediyinə görə, 2500 ildən çox yaşı olan dəfn yerləri artıq hasarla əhatə olunub. Sakinlər məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Əgər qurumdan yerli sakinlərə müsbət cavab verilməsə, qəbirlərin özbaşına dağıdılmasının qarşını aımaq üçün sakinlər sona kimi mübarizə aparacaqlarını bildiriblər.

Hişkədərə kəndinin icra nümayəndəsi Qumra Cəfərova Qaynarinfo-ya açıqlamasında yayılan məlumatın heç bir əsası olmadığını bildirib:

"Sosial şəbəkədə yayılan şəkil bizim qəbiristanlığa aid deyil. Bizim kəndin qəbiristanlığı şəhər tiplidir. Rafil Hüseynov Ağcabədi rayonuna icra başçısı gedib. Mənim ondan heç bir asılılığım yoxdur. Rafil Hüseynovun bu kəndə heç bir tikintisi, obyekti olmayıb. Bu məsələ bir ildir ki, deyilir. Dəfələrlə nümayəndələr gəlib baxıb. Əgər belə bir fakt olsaydı, yəqin ki, ölçü götürülərdi. Çamaat bunu eşidib şoka düşüb. Rəfil müəllim bu kəndə asfalt çəkib, məktəb tikdirib. Əgər belə bir fakt varsa, gəlib yerində araşdırsınlar, aktlaşdısınlar, inzibati tədbir görsünlər. Yoxdur axı”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov isə sözügedən qəbiristanlığın ərazisində mərasim evinin tikilməsi ilə əlaqədar quruma yerli sakinlər tərəfindən müraciət daxil olduğunu bildirib:

"Masallı rayonunun Hişkədərə kəndində yerləşən "Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikilməsi ilə bağlı kənd sakinləri tərəfindən sentyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub. Abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi (inventar № 5960, tarixi – orta əsrlər) dövlət qeydiyyatına götürülüb. Məsələ ilə əlaqədar Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olundular. Məlum oldu ki, həmin ərazidə əvvəllər kurqanlar olub, lakin Sovet dövründə kurqanların üstündəki torpaq qatı götürülərək orada ibtidai məktəb binası tikilmiş, bina çöküntü verdiyindən uçurdularaq yeri beton qatla doldurularaq maşın parkı kimi istifadə olunub. Dövlət Xidməti tərəfində ərazidə tikinti işlərinin aparılmasına icazə verilməyib və tam olaraq tikinti işləri dayandırılıb, əraziyə çəkilmiş hasarın sökülməsi tələb olunub. Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə də müraciət edilib. Xatırladım ki, "Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikilməsinə icazə verilməsi ilə bağlı Hişkədərə kənd dini icmasının sədri Söhrab Ağayev tərəfindən də müraciət daxil olub. Bununla bağlı həmin şəxsə ərazidə tikinti işlərinin aparılmasına icazə verilməyib. Eyni zamanda abidə ərazsində tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğu və qanunvericiliyə uyğun olaraq müvafiq cinayət və intizam məsuliyyət daşıdıqaları barədə xəbrədarlıq olunub”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.