SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ceyhun Bayramovun kadrları Misir Mərdanov ənənəsi ilə çalışır... - İDDİA

Ceyhun Bayramovun kadrları Misir Mərdanov ənənəsi ilə çalışır... - İDDİA

Tarix:

13-01-2020, 10:53

/ 763 dəfə oxundu.
Ceyhun Bayramovun kadrları Misir Mərdanov ənənəsi ilə çalışır... - İDDİA

Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadədən Yardımlı sakinləri fəryad edir.

Redaksiyamıza gələn şikayətlərin ardı-arası kəsilmir. Hətta cana doyan vətəndaşlar Yardımlıdan kilometrajlarla yol qət edib redaksiyamıza və kanalımıza üz tuturlar.

Manaf Səmədzadə haqqında verilən məlumatlar isə bizim özümüzə şok yaşatdı.

Qeyd edək ki, Manaf Səmədzadə haqqında bundan əvvəllərdə vətəndaşların müraciətləri müxtəlif saytlarda işıqlandırılıb.

Belə ki, Manaf Səlim oğlu Səmədzadə Yardımlı rayon Təhsil Şöbəsinə müdir təyin olunandan Yardımlıda təhsilin səviyyəsi demək olar ki, 0-a enib.

Hətta verilən məlumatlara görə rayonda təmirə ehtiyacı olan məktəblərin təmiri üçün ayrılan vəsaitlər belə Yardımlıda təhsil üzərində Biznes İmperiyası quran Manaf Səmədzadə tərəfindən mənimsənilir. Görün bu şəxs hansı yollara əl atır.

Şikayətçilər bildirirlər ki, təmirə ehtiyacı olan bir məktəbin təmiri üçün dövlət pul vəsaiti ayırır. Bütün sənədləşmələrdə həmin məktəblərin təmir olunduğu göstərilir. Lakin məktəblərə baxış keçirilsə, aydın şəkildə görünər ki, həmin məktəblərin dam örtükləri, döşəmələri və sair elə köhnə qaydada qalmaqdadır. Yəni məktəblərdə heç bir təmir işlərinin aparılmamasının şahidi olmaq mümkündür.

Bundan başqa məktəblər üçün verilən texniki ləvazimatlar belə təyinatı üzrə paylanmr. Bu o deməkdir ki, Təhsil Şöbəsinin müdiri yenilərin əvəzində köhnə texniki vasitələri həmin məktəblərə paylamaqla missiyasını yerinə yetirmiş olur. Hətta məktəblərdə elə bir vəziyyət yaradılıb ki, dərs saatları belə satılır.

Həmçinin bəzi məktəblərə direktor təyinatını müqavilə əsasında Manaf Səlimzadə şəxsən həyata keçirir. Biz bu yazımızda ümumi məlumatları Təhsil Nazirliyinin diqqətinə çatdırırıq ki, bizdən öncə özləri Yardımlı Təhsil Şöbəsində ciddi araşdırmalara başlasınlar. Çünki Yardımlı rayonunda başladığımız araşdırmaların nəticəsi olaraq aşkar olunan bütün cinayətlər barədə faktlar və yazılı məlumatlar əsasında tərəfimizdən toplanan materiallar Baş prokurorluğa təqdim olunacaq.

Manaf Səmədzadənin bütün bu qanunsuz əməllərinə kimlərin və necə dəstək olmaları barədə, başa çatdıqdan sonra araşdırmalarımızın nəticəsi olan məlumatları bu yaxınlarda ictimaiyyətə və aidiyyatı dövlət qurumlarına təqdim edəcəyik.

Bildiyimiz kimi, ölkə başçısının başladığı korrupsiyaya qarşı ciddi mübarizə öz bəhrəsini verməkdədir. Təəssüf edirik ki, bəzi məmurlara hələ də bu mübarizənin ciddiliyi çatmır və qanunsuz əməllərinə əzmlə davam etməkdədirlər.

O məmurlara, başlıcası, Yardımlı rayon İcra Hakimiyyətinin Başçısına və Yardımlı təhsili üzərində biznes imperiyası quran Manaf Səmədzadəyə bir daha xatırlatmaq istəyirik ki, bizim bu şəxslərlə heç bir şəxsi qərəzliyimiz yoxdur. Heç onlarla şəxsi tanışlığımız belə yoxdur. Bizim bu missiyamız cənab Prezidentin başladığı korrupsiyaya qarşı mübarizə sahəsində dövlətimizə dəstək olmaqdır.

Əmin olun ki, Yardımlıda baş verən bu qanunsuzluqlar barədə hər vasitə ilə cənab Prezidenti məlumatlandıracağıq və Yardımlını şəxsi qaydaları ilə idarə edənlərin, vətəndaşları incidib onlara yuxarıdan aşağıya baxanların, Yardımlı təhsilini bərbad vəziyyətə qoyanların, Yardımlıya şəxsi biznesi kimi baxanların və cənab Prezidentin uğurlu siyasətinə kölgə salmaq istəyənlərin arzularını ürəklərində saxlayacağıq. Yardımlı sakinləri bu bəladan qurtulacaq !!!

Qeyd edək ki, bu yaxınlarda Ümid TV Azərbaycan kanalında Yardımlı haqqında hazırlanan xüsusi reportajda bu məmurların qanunsuz əməlləri barədə faktlarla xəbər tutacaqsınız. Həmçinin adı çəkilən şəxslərin əldə etdikləri biznesin qolları barədə ətraflı məlumatlar əldə edəcəksiniz.


milletinsesi.info

Şərhlər

XƏBƏR LENTİ