Onun Şamaxıdakı fəaliyyəti araşdırılır... - Daha bir başçı həbs təhlükəsi ilə üz-üzə...
Hazırda Beyləqan rayonuna rəhbərlik edən Şamaxının keçmiş icra başçısı Asif Ağayevin durumu kifayət qədər gərgindir və onun da barəsində hüquqi işləmlər başlaya bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, hazırda Şamaxıya yeni icra başçısı - Tahir Məmmədov rəhbərlik etsə də, rayonda məhz köhnə problemlər səbəbindən ümumi gərgin ab-hava hələ də qalmaqdadır və Şamaxıdan paytaxta ünvanlanan şikayətlər seriyası intensivliyini dəyişməyib.
Mənbənin dia.az-a söylədikləri: "Söhbət təbii ki, Asif Ağayevin dövründəki özbaşınalıqların fəsadlarından və bu zaman hədəfə çevrilən Şamaxı sakinlərinin etirazlarından gedir. Təkcə bir istiqamət üzərə - rayonun abadlıq və quruculuq işlərinə ayrılan vəsaitlərin xərclənməsindən tutmuş RİH-in adi dəftərxana xərclərinə qədər baş verənlər araşdırlarsa, buradan Asif Ağayevə qalın bir ittiham dosyesi çıxarmaq mümkündür".
Mənbə iddia edir ki, yaxın günlərdə Beyləqanın icra başçısı ilə bağlı hüquqi addımlar atıla bilər: "Çünki Ağstafanın fəaliyyətdə olan, Yevlaxınsa işdən çıxarılmış icra başçılarının həbs edilməsi camaatda dövlətə olan inamı daha da artırmış oldu. Buna görə də Asif Ağayevlə bağlı ictimaiyyətə bəlli olan konkret faktlar rəsmi qurumlara müraciət şəklində ünvanlanmaqdadır. Bu faktlarda isə ciddi ittihamlar əks olunub və görünəni odur ki, kimsə Asif Ağayevi bağışlayacaq əhvalda deyil".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...