SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə döşəməsi çökən zalda şənlik keçirmək göstərişini icra hakimiyyətinin şöbə müdiri veribmiş – FAKT

Kürdəmirdə döşəməsi çökən zalda şənlik keçirmək göstərişini icra hakimiyyətinin şöbə müdiri veribmiş – FAKT

Tarix:

27-12-2019, 17:16

/ 1 219 dəfə oxundu.
Kürdəmirdə döşəməsi çökən zalda şənlik keçirmək göstərişini icra hakimiyyətinin şöbə müdiri veribmiş – FAKT

Kürdəmir rayonunun Xırdapay kənd folklor evində Yeni il şənliyinin keçirilməsi üçün hər uşaqdan 5 manat alıblar.

Pravda.az-ın xəbərinə görə, bu barədə ictimai fəal Lətafət Məlikova məlumat verib.

L.Məlikova bildirib ki, Yenil il şənliyinin Kürdəmir Folklor evində keçirilməsi qərarından sonra müəllimlər etiraz ediblər: “Bildirilib ki, şənlik üçün rayondakı Heydər Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları deyil, uçmaq təhlükəsi olan binada Yeni il şənliyi təşkil etmək olmaz. Bu, körpələrin həyatına təhlükədir. Cavab olaraq isə deyilib ki, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov belə məsləhət bilib. Beləcə, etiraz edənləri sakitləşdiriblər. Şənlik üçün uşaqlardan da pul yığıblar, hər uşaqdan 5 manat. Pulun müəyyən qismi təhlükəli yerdə şənlik təşkil edənlerin cibinə axacaq. Şənlik zamanı zalın döşəməsi çöküb, uşaqlar zirzəmiyə düşüblər, bir neçə nəfər yaralanıb. Bu, cinayətdir”.

Qeyd: Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub.
Kürdəmirdə döşəməsi çökən zalda şənlik keçirmək göstərişini icra hakimiyyətinin şöbə müdiri veribmiş – FAKT

Şərhlər

XƏBƏR LENTİ