Qalmaqallı icra başçısının ağac əkməsini lağa qoydular – “Yazıq işləməkdən əldən düşdü”
Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyasında Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirak etməsi müzakirələrə səbəb olub.
Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri icra başçısının fotosunu paylaşaraq onun şou göstərdiyini yazıblar.
Onlar şəbəkədə “Rüstəm Xəlilov şou göstərir”, “İcra başçısının əlində tutduğu “lapatka”ya torpaq da dəyməyib, üstəlik etiketi də üstündədir”, “Yeyib - doyub, yorulmuş icra başçısı”, “Yazıq işləməkdən əldən düşdü”, "Belə şeylərlə xalqı aldatmaq olmaz, işləmək lazımdır" və s. rəylər yazaraq münasibət bildiriblər.
Xatırlatma: R.Xəlilov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. O, rayonda atasına qızıldan heykəl qoydurub. Bu da ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.
Qeyd: Prezident İlham Əliyevin dekabrın 4-də imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...