SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın Birinci Şıxlı kəndində qudalar havası: seçki saxtakarlığından ŞİKAYƏT

Qazaxın Birinci Şıxlı kəndində qudalar havası: seçki saxtakarlığından ŞİKAYƏT

Tarix:

26-12-2019, 13:47

/ 1 591 dəfə oxundu.
Qazaxın Birinci Şıxlı kəndində qudalar havası: seçki saxtakarlığından ŞİKAYƏT

Qazax rayonunun Birinci Şıxlı kəndinin sakini, YAP-ın üzvü, Qarabağ müharibəsi veteranı Məmmədov Telman Nizaməddin oğlu bələdiyyə seçkilərinin nəticələrindən narazıdır.


Bununla bağlı AFN-ə ünvanladığı müraciətdə ali təhsilli hüquqşünas, fəal kənd sakini olduğunu deyən T.Məmmədov bildirir ki, seçkilərin ilkin nəticələri onun xeyrinə olsa da, sonradan dəyişdirilib: “107 saylı DSK-dan namizədliyimi verdim, çox normal qaydada, heç bir pozuntuya yol vermədən kampaniyamı apardım seçkidə iştirak etdim. Seçicilərin yüksək faizinin səsini toplamağıma baxmayaraq, nəticələr məntəqə seçki komissiyalarının üzvləri tərəfindən saxtalaşdırıldı. Mənim yüzlərlə səsimi yekun protokola az yazıblar. 700-ə yaxın səs toplasam da, cəmi 429 səs yazılıb. 31 namizədin içində 10-cu yerdə getmişəm, halbuki birinci yerdəyəm. Guya mənim 16 səsim çatmır doqquzluğa düşməyə”.
T.Məmmədovun sözlərinə görə, protokol tərtib edilərkən onun müşahidəçilərini və vəkillərini yaxın buraxmayıblar: “Səslər oxunub, dəftərlərdə var hamısı. Məktəb direktoru, işıq idarəsində işləyən Musayev Bayram və digərləri protokolu gizlində tərtib edib aparıblar DSK-ya. Bizim nümayəndələr protokola imza atmayıblar. İndi də onlara müəyyən dairələrdən təzyiqlər edirlər ki, gəlin protokollara imza atın”.
Şikayətçi bildirir ki, bələdiyyəyə yeni seçilənlərin 4-ü köhnələrdəndir, sədr də içi qarışıq: “Sədrin də ali təhsili yoxdur, üstəlik, aktiv adam da deyil, ötən müddətdə bir fəaliyyəti də olmayıb. Birinci Şıxlı kənd icra nümayəndəsi Mübariz Abdullayev özü xəstədir, neçə müddətdir işə çıxmır, lakin oğlunun qaynını kənd bələdiyyəsinə üzv etdirib: “Halbuki o oğlanın bizim kəndə heç bir aidiyyatı yoxdur, kənddə yox, Qazaxın özündə yaşayır, bizim kəndimizdə heç kim tanımır. Mübriz Abdullayevin qudası da bizim kənddə məntəqə seçki komissiyasının üzvüdür. Bələdiyyə sədrinin əmisi Qazaxda işıq idarəsində işləyir, özü də məntəqə sədridir. Cənab Prezident bu qədər danışır, danlayır, çatışmazlıqlar olduğunu deyir, amma bunların heç nə vecinə deyil”.
Qeyd edək ki, şikayətçi bütün baş verənlərlə bağlı Prezident İlham Əliyevə teleqram vurub. O bildirdi ki, teleqramda seçkinin saxtalaşdırılması haqda məlumat verib və hüquqlarının qorunmasını cənab Prezidentdən xahiş edib.
107 saylı DSK-nın sədri Xəyyam Salehov AFN-ə açıqlamasında bildirdi ki, seçki tam qanunvericiliyə uyğun keçirilib: “Kim iddia edirsə ki, çatışmazlıqlar var, gəlib yerində vəziyyətlə tanış ola bilər”. X.Salehov T.Məmmədovun nümayəndələrinin protokollara imza atmamasına münasibət bildirərkən “onlar niyə protokola imza atmalıdırlar” deyə cavab verdi.
Qazaxın Birinci Şıxlı kəndində qudalar havası: seçki saxtakarlığından ŞİKAYƏT











Şərhlər

XƏBƏR LENTİ