Siraqəddin Cabbarov Saatlıya görə cavab verəcək... - İTTİHAM
Hazırda Sabirabada rəhbərlik edən Saatlı rayonunun keçmiş icra başçısı Siraqəddin Cabbarovun da durumu ürəkaçan deyil və yaxın vaxtlarda onunla bağlı qərar veriləcək". Bu barədə DİA.AZ-a informasiya məlumatlı mənbələrdən daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, Siraqəddin Cabbarova qarşı məhz Saatlıda rəhbər olduğu dönəmlə əlaqədar ittiham irəli sürülə bilər.
Mənbənin söylədikləri: "Söhbət təxminən 245 min manatdan gedir. Hələlik rəsmi olaraq barəsində hüquqi araşdırma aparılanı bu rəqəmdir. Əslində real oğurlanmış vəsait bundan qat-qat artıqdır".
Qeyd edək ki, keçən həftə Ağstafanın icra başçısı və Yevlaxın köhnə rəhbəri korrupsiya və rüşvət ittihamı ilə həbs olundular. Anoloji ittihamla daha bir neçə RİH rəhbərinin hədəfə alınacağı neçə gündür yerli KİV-lərdə dövr edir.
Aydın olanı budur ki, üst dairələr cəza tədbirlərini sərtləşdirməklə yanaşı, eyni zamanda miqyası da genişləndirməyi düşünür.
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...