"Çarəsiz bir vəziyyətdə qalmışam" - Müraciət...
Şəki rayonu, Baş Göynük kənd sakini tənha ana, Əmirova Mənzurə İsə qızı tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:
"Mən, 1947-cı ilin yanvarın 9-da Şəki rayonun Baş Göynük kəndində anadan olmuşam. Hazırda 72 yaşım var. Xəstə və tənha yaşayıram. Oğlum İmran Qarabağ döyüşlərində iştirak etmiş, bir neçə dəfə yaralanmışdır. Digər oğlum Rövşən isə uzun müddət Rusiyada müvəqqəti yaşamış və ağır xəstəliyə tutulduqdan sonra Vətənə qayıtmışdır. 3 ildir ki, baş-beyin pozğunluğu ilə bağlı “beyin atrofiyası” diaqnozuilə həkimlər tərəfindən dəfələrlə müalicə olunmuşdur. Lakin sağalamlıq vəziyyəti get gedə pisləşir. Həkimlər artıq oğluma heç bir müalicənin köməyi ola biləcəyini mümkünsüz hesab edirlər. Oğlum artıq əvvəlki kimi də olsa gəzə və nitqini ifadə edə bilmir. Bir müddət özündən gedir. Hazırda ona kənar qulluq olunur. Mən tək ana olduğuna və təqaüdümün azlığına görə onun lazımi dərmanlarını alıb çatdıra bilmirəm. Dərman olmayanda vəziyyəti pisləşir. Sağalmaz xəstə olan oğluma forma 88 vermirlər ki, ona tibb komissiyasında əlillik dərəcəsi verilsin.
Çoxhörmətli mehriban xanım Sizdən artıq dərəcədə xahiş edirəm ki, oğlum Rövşənin ağır xəstəliyinə görə heç olmasa ona əlillik dərəcəsi verilməsində köməklik göstərin. Yoxsa, başqa cür qanunlar burada icra olunmur. O dəqiqə adamın əlinə baxırlar. Mən də çarəsiz bir vəziyyətdə qalmışam. Bilmirəm aldığım qəpik-quruş pensiyamı oğlum dərmanlarına verim, özümə dərman alım, yoxsa quru çörək alıb fiziki mövcudluğumuzu saxlayaq. Allah kəssin belə yaşayışı".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...