Tovuzda məmurlar oturub, əlil isə ayaq üstə, qoltuq ağacına söykənərək İcra başçısına şikayət edir - Məmməd Məmmədov isə seyr edir... FOTOFAKT
Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məmməd Məmmədovun rayonun Aşağı Quşçu kəndində sakinlərlə keçirdiyi görüş zamanı əlilliyi olan vətəndaşı ayaq üstə saxlaması müzakirələrə səbəb olub.
Pravda.az-ın xəbərinə görə, M.Məmmədov geniş zalda keçirilən görüşdə ön sıralarda RİH-in və yerli qurumların əməkdaşlarının əyləşməsi göstərişini verdiyi üçün qəbula gələn bəzi sakinlər ayaq üstə durmağa məcbur olublar.
Görüşdə iştirak edən əlilliyi olan şəxsin əlindəki əsaya söykənərək dayanması müzakirələrə yol açıb. Ən maraqlısı odur ki, zalda düzülən stulların heç birində əlil vətəndaşa oturmaq üçün yer verilməyib.
İstənilən halda, orada ön sıralarda məmurların oturması da qəbahətdir. Çünki qəbul sırf sakinlər üçündür.
Qeyd: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılaraq, məhkəmə qərarı ilə həbs ediliblər. 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...