SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmazda pedaqoji kollektiv Təhsil Nazirliyindən narazıdır - VİDEO

Xaçmazda pedaqoji kollektiv Təhsil Nazirliyindən narazıdır - VİDEO

Tarix:

20-12-2019, 10:33

/ 801 dəfə oxundu.
Xaçmazda pedaqoji kollektiv Təhsil Nazirliyindən narazıdır - VİDEO

Xaçmazın Qalağan kənd orta məktəbinin pedaqoji kollektivi Təhsil Nazirliyindən narazıdır.

KONKRET.AZ-ın kamerasına danışan müəllimlər çalışdıqları təhsil müəssisəsinə dövlət qurumları tərəfindən heç bir dəstək və yardımın edilmədiyini bildiriblər:

“Bu məktəbin qələmindən hasarındakı daşlara qədər bizimdir. Hər şeyi özümüz əmək haqlarımızdan pul toplayıb düzəldirik. Nə nazirlik, nə də digər dövlət qrumları bizə yardım etmir”.

120 şagirdin təhsil aldığı Qalağan kənd orta məktəbinin dam örtüyü yararsız vəziyyətdədir. Yağış yağanda sinif otaqlarına su damır. Bəzən bu səbəbdən dərslər təxirə salınır. Məktəbin istilik sistemi olmadığından sinif otaqlarını qızdırmaq üçün odun yanacağından istifadə edilir. Bu da müəllimlərin əmək haqqları hesabına başa gəlir.

“Qış aylarında sinif otaqlarını qızdırmaq üçün bizə 50-60 kub metr odun lazım olur. Amma bunun qarşılıqında məktəbə cəmi 3 maşın odun verilib. Qalanını biz özümüz almışıq”.

KONKRET.AZ -ın şimal bölgə müxbirinin lentə aldığı görüntüləri təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ