XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Əhmədzadənin Zərdabdakı "kontor" unda vəziyyət "urusça"dır- Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev.. ŞİKAYƏT

Əhmədzadənin Zərdabdakı "kontor" unda vəziyyət "urusça"dır- Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev.. ŞİKAYƏT

Əhmədzadənin Zərdabdakı "kontor" unda vəziyyət "urusça"dır- Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev.. ŞİKAYƏT
18-12-2019, 10:00

Bir qrup Zərdab rayonu Gödəkqobu kənd sakinləri dövlət başçısına müraciət ediblər. Müraciətdə yazırlar:
Zərdab rayonu Gödəkqobu kənd sakinləri tərəfindən
Biz Zərdab rayon Gödəkqobu kənd sakinləri üzləşdiyimiz məmur özbaşınalığı, qanunsuzluqlar barədə şikayət ərizəsi ilə Sizə birgə müraciət etməyi qərara aldıq.
Zərdab rayonu Gödəkqobu kəndində bizə və ailə üzvülərimizə məxsus torpaq sahələri var.Başqa iş yerimiz yoxdur əlacımız ancaq həmin torpaq sahələriini əkib becərməkdir ki, buna isə Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və onun əməkdaşı Əlif Paşayev ənəgəl yaradıblar.Nəticədə də əkinlərimiz susuzluqdan məhv olub çıxılmaz vəziyyətə düşmüşük. Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və onun əmıkdaşı Gödıkqobu kənd üzrə su merabı Əlif Paşayevin suyu yüksək qiymətə sakinlərə satırlar.Bizim isə onlara verməyə artıq pulumuz yoxdur.
Yaranmış bu problemin həll edilməsi üçün Zərda rayon İcra Hakmiyyəti başçısı cənab Mərdan Camalovun qəbulunda olmuşuq şikayətimzi bildirmişik ancaq heç bir tədbir görülməyib.
Bu qanunsuzluqlar barədə dəfələrlə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəyə ərizələrlə müraciətlər etsəkdə indiyə qədər heç bir tədbir görməyib ərizələrimizə cavab verilməyib. Daha sonra teref.az-a daxil olan məktubda şikayətçilər yazırlar ki,çünki Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev talançılıqla əldə etdiyi vəsaitin yüksək məbləğini Əhməd Əhmədzadəyə ötürür deyə ona gözün üstə qaşın var deyən yoxdur.
Bu müraciətin müəlliflərindən biri olan mən Zeynalov Ramil İsmayıl oğlu Zərdab rayon Suvarma Sistemləri İdarəsində işləyirdim.Məni qanunsuz olaraq işdən çıxarıblar.
Zərdab rayon Suvarma Sistemləri Birliyinin müdiri Mircəlal Mirzəyev idarə gələn dizel yanacağını mənimsəyir, yanacaq vuran aparatlar düzgün işləmir kəsir vurur.Hər hektara su üçün vətəndaşlardan 2 manat 40 qəpik əvəzinə 5 manat alınır.Texnikalarda təmir işləri aparılmır. Əməkdaşların əmək haqqısın kəsirlər.İlin sonunda avans pulun mənimsəyirlər. Sarıqaya, Alıcanlı və Sovxoz kəndlərində su mühərrikləri üçün ayrılmış dizel yanacaqlarının yoxlanılmasına zərurət var.Çünki həmin mühərriklər işlədilmədiyi halda saxta sənədlərlə dizel yanacaı yazıb pulunu mənimsəyiblər. Həmçinin istifadə edilən elektirik enerjisini dəfələrlə artıq göstərib vəsaiti mənimsəyirlər. Fəhlələr üçün xüsusi geyimlər verilmir. Zərdab rayon ərazisində suvarma kanalları lildən qamışdan, kol-kosdan təmizlənilmir. Kanalların təmizlənilməsi üçün saxta sənədlər tərtib edib dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyirlər.Texnikalar təmir olunmur ancaq təmir adı ilə vəsait yazılıb mənimsənilir.Bütün bunlarbizim iştirakımızla yerində obyektiv araşdırlmalıdır.
Bu vəzifəli şəxslərin Mircəlal Mirzəyevin və Əlif Paşayevin qanunsuz əməllərindən biz və ailə üzvülərimiz cana yığılıb Azərbaycan Respublikasının vətəndaşlığından imtina edirik. Ulu öndər Heydər Əliyevin imzası ilə bizim ailəyə verilmiş pay torpağımızdan imtina edirik.

Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevadan xahiş edirik şikayətimizi yerində bizim iştirakımızla obyektiv araşdırılıb Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyevin və onun əməkdaşı Əlif Paşayevin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

İmza; Zərdab rayonu Gödəkqobu kənd sakinləri
Əhədov Abdulhəmid Abduləhəd oğlu

2-ci qrup Qarabağ müharibəsi əlili Seyidov Mahir Xidmət oğlu

Zeynalov Ramil İsmayıl oğlu
Adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
Teref.az
Əhmədzadənin Zərdabdakı "kontor" unda vəziyyət "urusça"dır- Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev.. ŞİKAYƏT


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.