SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda bələdiyyə sədri doğum tarixini niyə dəyişdirib?

Masallıda bələdiyyə sədri doğum tarixini niyə dəyişdirib?

Tarix:

17-12-2019, 16:26

/ 1 715 dəfə oxundu.
Masallıda bələdiyyə sədri doğum tarixini niyə dəyişdirib?

Masallı rayon Qəriblər kənd bələdiyyəsinin sədri Müşfiq Ağayevin qanunsuz əməl və hərəkətləri barədə kənd sakinlərinin məlumatları əsasında məqalələr dərc etmişdik.

Yeni mövzu daha maraqlıdır. Müşfiq Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2.1 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Masallı rayon Məhkəməsinin 24 iyun 2005- ci il tarixli (İş1- 128 /2005) hökmünün surətini əldə etmişik. Hökmdə göstərilir ki, vətəndaş Ağayev Müşfiq Vasif oğlu-01.03.1973-cü ildə Masallı rayonunun Qəriblər kəndində anadan olmuş, himayəsində iki azyaşlı uşağı var, müəllimdir, əvvəllər məhkum olunmamışdır, barəsində 19 fevral 2005- ci il tarixdən həbs, 23 fevral 2005- ci il tarixdən isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Vətəndaş Ağayev Müşfiq Vasif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. 11ay 15 gün islah işləri cəzasına məhkum edilsin.

Lakin diqqəti çəkən məqam Müşfiq Ağayevin 18 oktyabr 2005- ci il tarixdə Masallı rayon Polis şöbəsindən aldığı AZE 04790019 nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixini 02 iyul 1973- cü il tarixinə qeyd etdirməsidir. 12 noyabr 2009- cu il tarixdə Müşfiq Ağayevə Masallı rayon Polis şöbəsi tərəfindən yenidən AZE 07199363 nömrəli şəxsiyyət vəsiqəsi verilib. Müşfiq Ağayevin şəxsiyyət vəsiqəsində doğum tarixini hansı məqsədlə dəyişdirməsinin əsil səbəbini bilmirik. Onun şəxsiyyət vəsiqəsində doğum tarixini dəyişməsinin hüquqi əsası varmı? Ehtimal olunur ki, Müşfiq Ağayev barəsində çıxarılmış məhkəmə hökmünü hüquq mühafizə orqanlarının qeydiyyat kitablarından sildirmək üçün doğum tarixini dəyişdirib yeni şəxsiyyət vəsiqəsi almışdır. Bu mövzuya yalnız hüquq mühafizə orqanlarının araşdırmaları aydınlıq gətirə bilər.

Qeyd edirik ki, Müşfiq Ağayev Qəriblər kənd bələdiyyəsinə seçkilərə yenidən namizədliyini irəli sürmüşdür.

Araşdırmanı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

7GUN.az-ın araşdırma qrupu.
Masallıda bələdiyyə sədri doğum tarixini niyə dəyişdirib?

Şərhlər

XƏBƏR LENTİ