Xaçmazda bələdiyyə üzvlüyünə namizəd MÜƏMMASI - VİDEO
Xaçmaz sakinlərinin bələdiyyə üzvlüyünə namizəd olmalarından xəbərləri yoxdur.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onlar bildirib ki, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülməyən şəxslərin adı namizədlərin siyahısında qeyd olunub. Lakin qeyd olunanların həmin məsələdən xəbəri yoxdur. Hətta, namizədliyi irəli sürülən şəxslərin namizədliyi qeydə alınıb.
Xəbər olmadan namizədliyi qeydə alınan Sayad İsmayılova adlı müəllimənin həyat yoldaşı bildirib ki, bələdiyyə seçkilərində iştirak üçün onlara müraciət olunsa da, razılaşmayıblar: “Bundan əvvəlki bələdiyyə seçkilərində həyat yoldaşım namizəd olmuşdu. Lakin bu dəfə namizəd olmaq istəmədi. İstəməməsinə səbəb o idi ki, bələdiyyə sədrlərinin xəbəri olmadan onların əvəzindən qol çəkilir, torpaq satılır, saxtakarlıqlar olur. Bundan qorxduğumuz üçün onun namizədliyinin irəli sürülməsinə etiraz etdik. Biz istəmədiyimiz halda, hətta, həyat yoldaşımın imzası olmadan namizədliyini veriblər. Heç bilinmir ki, onlar üçün kimdən imza toplanıb. İmza toplamadan namizədlik necə qeydə alınıb? Nə qədər şikayət etsək də, baxan yoxdur”.
Mərkəzi Seçki Komissiyasından (MSK) məsələyə münasibət bildirilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...