SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda YAP Seçki Məcəlləsinin tələblərini pozur

Cəlilabadda YAP Seçki Məcəlləsinin tələblərini pozur

Tarix:

13-12-2019, 10:55

/ 1 607 dəfə oxundu.
Cəlilabadda YAP Seçki Məcəlləsinin tələblərini pozur

Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdırmasını paylaşıb. Cavanşir bəy yazır:
67 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri QÜRBƏTOV ƏLİBƏY ƏLİMƏMMƏD oğlu bələdiyyə seçkilərində rəhbərlik etdiyi dairədə oğlanlarını bələdiyyəyə seçəcək. Yeni Azərbaycan Partiyası DSK sədrinin iki oğlunun - QURBƏTOV ZİYA ƏLİMƏMMƏD oğlunun və QÜRBƏTOV HİKMƏT ƏLİMƏMMƏD oğlunun onun rəhbəri olduğu dairədən namizədliklərini verib.
Yeri gəlmişkən, DSK sədrinin oğulları 2014-cü ildə "Dəmirbank"dan 5900 dollar kredit götürüb qaytarmadıqları üçün 2017-ci ildən məhkəməyə cəlb olunublar.

Seçki Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndində yazılıb:
22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
Cəlilabadda YAP Seçki Məcəlləsinin tələblərini pozur

Şərhlər

XƏBƏR LENTİ