SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdən şikayət var: "50-dən çox şagirdi "RAF"a yığıb aparırlar"

Kürdəmirdən şikayət var: "50-dən çox şagirdi "RAF"a yığıb aparırlar"

Tarix:

10-12-2019, 15:12

/ 1 446 dəfə oxundu.
Kürdəmirdən şikayət var: "50-dən çox şagirdi "RAF"a yığıb aparırlar"

Kürdəmir şəhər 1 saylı orta məktəbin təmiri ilə əlaqədar şagirdlər nəqliyyat problemi yaşayır.

Reigional İnsan hüquqları və Maarifləndirmə Mərkəzindən Toplum TV-yə verilən məlumata görə, Kürdəmir şəhər 1 saylı orta məktəbin təmiri ilə əlaqədar şagirdlər 3-4 saylı və Atakişili kənd məktəblərinə yerləşdirilib.

Bununla əlaqədar olaraq şagirdlər nəqliyyat problemi yaşayır.

Mərkəzdən bildirilir ki, ictimai nəqliyyat rayonda yox dərəcəsindədir, valideynlər alternativ vasitələrdən istifadə edirlər: "Taksi xidmətindən istifadə etmək hər valideynin gücü çatmır. Sahibkar avtobus sürücülər bundan istifadə edərək məktəb rəhbərliyi ilə heç bir müqavilə bağlamadan şagirdlərin daşınmasında iştirak edirlər. RİNMM dəfələrlə monitorinq apararaq iradlarımızı sürücülərə bildirmişik. Lakin sürücülər kiçik həcmli (RAF) avtobuslara 50-dən çox şagirdi yığaraq aparırlar. Bu da sonda acı nətiçələrə gətirib çıxaracaq. Onlara irad bildirəndə "sən kimsən, bu xətti pulla almışam. İstədiyimiz kimi sürərik. Heç kim bizə heç nə söyləyə bilməz", - deyə söyləyirlər”.

Kürdəmir Rayon İcra Hakimiyyətindən Toplum Tv-yə bildirilib ki, problem həll edə bilməyəcəklər: "Bura Bakı deyil. Burada ictimai nəqliyyat yoxdur. Kiminsə daşınmasına, işinə qarışa bilmərik. Hələ ki bizə şikayət edən olmayıb”.

Kürdəmir Rayon Polis Şöbəsindən isə məsələ ilə bağlı araşdırılma aparılacağı bildirilib.

Kürdəmir şəhər T.İsmayılov adına 1saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov Toplum TV-yə deyib ki, şagirdlərin daşınmasına məktəb cavabdeh deyil: "O müraciət edən valideyn özü bir az narahat valideyndir. Kiçik həcmli ("RAF") avtobusda 50 nəfər getməyib, sadəcə yağışlı gün olub deyə piyada gedən şagirdləri də sürücü götürüb. Əslində, orada fövqəladə bir şey yoxdur”.

Vüqar Nəsirovun sözlərinə görə, polis rəisi də bu məsələ ilə məşğuldur: "Sürücülərə tapşırıldı ki, yerlərdən artıq şagird götürməsinlər. Məktəb olaraq da bizim elə vəsaitimiz yoxdur ki, əlavə avtobus tutaq. O məktəblər də yaxın məktəblərdir. 3 nömrəli məktəblə 1 nömrəli məktəb arasında 100 metr məsafə var, 4 nömrəli ilə 200-250 metr, Atakişili məktəbi ilə haradasa 1 km aralıdadır”.

Şərhlər

XƏBƏR LENTİ