SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Yol qırağında “Qonaq Evi”

Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Yol qırağında “Qonaq Evi”

Tarix:

10-12-2019, 09:52

/ 3 264 dəfə oxundu.
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Yol qırağında “Qonaq Evi”

Prezident İlham Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədova rəqəmləri “şişirtdiyinə” görə irad tutandan sonra istər-istəməz ictimai marağın obyektivi o məqama yönəldi ki, “şişmiş” rəqəmlərin altında nələr var. Bu yerdə xatırlatmağa dəyər ki, zaman-zaman mətbuatda Saleh Məmmədovun ölçüyəgəlməz kapitalı o sıradan özünün 12 milyonluq 40 otaqlı villası, xaricdəki biznesi, oğlunun oğurlanmış iki milyonluq qol saatı və s. barədə məlumatlar yayılıb. Digər tərəfdən, konstruksiyası tam hazır olmadan, başqa qurumlarla (məsələn, “Azərsu”, “Azəriqaz”) məsləhətləşmədən istifadəyə verildiyinə görə sürüşən və çökən yollar, uçub-dağılan körpülər hərəkət iştirakçılarında narazılıq doğurur.
Onu da qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə ilk dördlükdə qərarlaşan AAYDA-nın struktur vahidlərinin rəislərinin istisnasız olaraq hamısı sədrin yürütdüyü korrupsiya və maxinasiya siyasətinə xidmət etsələr də, aralarında Saleh Məmmədova xüsusilə yaxınlığı ilə fərqlənən favoritlər vardır. Belələrindən biri də Regional Yol Təmiri İdarəsinin rəisi Şükür Aslanovdur. Eynən rəqəmlər kimi Aslanovun da xidmətləri şişirdilərək ölkə başçısına təqdim olunub və o, dövlət təltiflərinə, mükafatlara layiq görülüb.
Şükür Aslanovun çoxsaylı “xidmətləri”ndən bəzilərini sadalayaq:
Medianın gündəmindən düşməyən bu şəxs bir müddət öncə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin paytaxtda keçirilən dəbdəbəli toyuna yazdırdığı 5000 min manat nəmərlə gündəmi zəbt etmişdi. Həmin hadisədən bir neçə gün sonra onun rəhbərlik etdiyi müəssisədə ölüm faktı qeydə alındı. Fakt ilə bağlı ara səngiməməiş, Şükür Aslanovun adı qudası, İmişli rayon polis şöbəsinin rəis müavini Habil Ağayevlə birlikdə başqasının əmlakını – torpaq sahəsin mənimsəmə faktında hallandı. Habil Ağayevlə Şükür Aslanovun iş birliyinin nəticəsi olaraq həmin hadisədən sonra RPŞ-nin rəisi Ayaz Cəfərov və Təhqiqat şöbəsinin rəisi Rəhim Həsənov vəzifələrindən azad edildi. Şükür Aslanovun qudası Habil Ağayev yalnız aldığı şiddətli töhmətlə canını qurtara bildi.
RealMedia.az -ın əldə etdiyi məlumata görə, Şükür Aslanov Bəhrəmtəpə yolunda iki mərtəbəli “Qonaq Evi” tikdirib. Deyilənə görə bu obyekt de-fakto Saleh Məmmədova məxsusdur, Şükür Astanov tərəfindən idarə olunur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

RealMedia.az
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Yol qırağında “Qonaq Evi”

Şərhlər

XƏBƏR LENTİ