SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının atası “od püskürdü”: “Lənkərana lənkaranlı rəhbərlik etməlidir”

İcra başçısının atası “od püskürdü”: “Lənkərana lənkaranlı rəhbərlik etməlidir”

Tarix:

5-12-2019, 07:25

/ 1 210 dəfə oxundu.
İcra başçısının atası “od püskürdü”: “Lənkərana lənkaranlı rəhbərlik etməlidir”

Son günlər Göranboyun icra başçısı Məhərrəm Quliyevlə bağlı şok doğuracaq məlumatlar səngimək bilmir.

Bu günlərdə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, ölkə başçısının sərəncamını heç də birmənalı qarşılamayan M. Quliyevin niyyəti özünün düşündüyü kimi, yəni Lənkəran rayonuna icra başçı məhz özü getməli idi. Xatırladaq ki, hələ ötən illər ərzində öz doğma yurduna can atmağa çalışan Məhərrəm Quliyev arzusunu reallaşdıra bilməmişdir.

Əslində, M. Quliyevin məqsədi tək pullar qazanmaq və rayonu istədiyi formada idarə etmək deyil, eyni zamanda atası Böyükağa Quliyevi cənub bölgəsinə ağsaqqal gətirməkdir. Yəni, atasının ağsaqqallığı ilə rayonu idarə etmək və bununlada rayonda narazı kütlənin yaradılmasına şərait yaratmaqdır. Bir müddət öncə B. Quliyevin “Lənkərana lənkaranlı rəhbərlik etməlidir” tələbi digər rayonlarda böyük narazılıqlar yaratmışdır.

Mənbəmiz daha sonra iddia edir ki, Böyükağa Quliyevin ölkə xaricində yaşayan və vətənə xəyanət edən Ələkrəm Hümbətovla keçilməz dostluq əlaqələrinin olduğu bildirilir. Bunun nə qədər real olub-olmadığı isə dərin araşdırmalarımızdan sonra məlum olacaq. Lakin bu gün ölkədə baş verən bəzi islahatlar sözün həqiqi mənasında bəzi məmurlar üçün “son zəng” kimi qəbul edilir. Əfsüslər olsun ki, ölkə başçısının yürütdüyü siyasəti ilə barışmayan bəzi icra başçıları öz qara niyyətlərini həyata keçirmək üçün anı məqam gözləyirlər desək yanılmarıq. Buna misal üçün Böyükağa Quliyevin “Lənkərana lənkaranlı rəhbərlik etməlidir” iddiası cənublular tərəfindən hiddətlə qarşılanır. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ