SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvarın gənc təhsil şefinin dolaşıq dosyesi: 4 universitet və...

Biləsuvarın gənc təhsil şefinin dolaşıq dosyesi: 4 universitet və...

Tarix:

2-12-2019, 20:14

/ 919 dəfə oxundu.
Biləsuvarın gənc təhsil şefinin dolaşıq dosyesi: 4 universitet və...

Biləsuvar Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilən Aqşin Bağırov barəsində birmənalı mövqe yoxdur. 1987-ci il təvəllüdlü gənc məmur haqda ziddiyyətli fikirlər səslənməkdə, yazılmaqdadır.

Cahan.info-nun verdiyi xəbərə görə, “facebook”da açılan “Təhsil İslahatları” səhifəsində A.Bağırovla bağlı müxtəlif rəylər, təqdimatlar var.

Səhifənin admini təhsil şöbəsi müdirini ictimaiyyətə tanıtmaq üçün elə ifadələr seçib ki, onun yaxşı yoxsa pis idarəçi olduğu aydınlaşmır.

Məsələn, admin yazır ki, A.Bağırov kənardan yekəxana görünsə də, sadə və səmimidir. Bu cümlədə anlaşılmır ki, yekəxana deməyin nədir, sadə adlandırmağın nə...

Ardınca “Təhsil islahatları” qeyd edir ki, A.Bağırov orta məktəbi deyəsən, zəif oxuyub, özəl universitetə daxil olub. Bu yerdə də stop edib dayanmaq lazım gəlir. Məktəbi zəif oxumuş, özəl ali məktəbi 4 il yola verib “karton” diplom almış gəncə Biləsuvarın təhsilini necə etibar etmək olar?

Bildirilir ki, o, 2004-cü ildə “Odlar Yurdu” universitetinə daxil olub, 2009-cu ildə “Biznesin idarə edilməsi və menecer” fakültəsini bitirib. 2010-2013-cü illərdə rayon Təhsil Şöbəsində aparıcı mühasib vəzifəsində çalışıb.

Admin bildirir ki, A.Bağırovun harada təhsil alması bir az qarışıqdır, yəni çaşqınlıq yaradır, baş açmaq olmur. Çünki deyəsən həyatı oxumaqla keçib.

Fikir verin, 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub və “Dünya iqtisadiyyatı” fakültəsini bitirib. Hə, görünür özəl ali məktəbin diplomu dövlət qulluğunda işləmək üçün yetərli olmayıb və təhsilini davam etdirməli olub.

İntəhası, hörmətli Aqşin Bağırov həm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi müəllimi” ixtisası üzrə təhsil alıb.

Ardınca, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, hazırda “İnzibati idarəetmə” fakültəsində qiyabi təhsil alır.

O, 2013-cü ildən 2019-cu ilin aprelinə qədər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. 2019-cu ilin 23 aprel tarixindən isə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.

Bütün bu təqdimatn sonunda “Təhsil islahatları” səhifəsinin admini qeyd edir ki, A.Bağırovun potensialı var, “bazar adamı” deyil, gözləntilər böyükdür.

Bu sözlərin sonunda A.Bağırov şərh bölümünə daxil olaraq, təşəkkürünü bildirib. Deyəsən, onun haqqındakı dolaşıq fikirlərə, məlumatlara diqqət etməyib.

Maraqlıdır, “bazarı adamı” deyərkən kim və nə nəzərdə tutulur? Görünür, keçmiş təhsil şöbəsi müdirinin vaxtında rüşvət ayaq açıb yeriyibmiş...

Ümidvarıq ki, A.Bağırov Biləsuvarın icra başçısı Mahir Quliyevlə yola gedə biləcək. Çünki “bazar adamı” olmaq icra başçısına daha çox sərf edir.

Onun müsahibəsini məmnuniyyətlə dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ