Saymaqla bitməyən problemlər xaçmazlıları "özündən" çıxartdı - GİLEY
Xaçmazın Bostançı və Uzunoba kənd sakinləri yaşadığı şəraitdən şikayətçidir.
KONKRET.AZ xəbər verir ki, saymaqla bitməyən problemlərdən biri yol təsərrüfatı ilə bağlıdır.
“Yollarımız bərbad gündədir, asfaltlanmayıb. Heç kim dərdmizə çarə etmir”.
Həmçinin sakinlər kəndə suyun çəkilməli olduğunu deyir. Onlar pul yığıb öz hesablarına borular alıblar. Lakin su xəttinin çəkilməsinə maddi imkanları yol vermir.
Acınacaqlı problemlərdən biri isə kənddə tibb bacısının öz vəzifəsini yerinə yetirməməsidir. Kəndin tibb məntəqəsinin qapısı daim bağlı olur. Hər hansı kiçik tibbi xidmət üçün sakinlər mərkəzə üz tutmaq məcburiyyətində olurlar. Maşını, eləcə də istənilən vaxt şəhərə getmək imkanı olmayan sakinlər əlacsız qalıb. Əgər kəndlilərə hansısa tibbi sənəd lazımdırsa, o zaman zəhmət çəkib feldşerin qapsına getməlidir.
Sakinləri mərkəzə üz tutmağa vadar edən digər məsələ xeyir-şər məclislərini qeyd etmək üçün onlar uzaq məsafə qət etmələridir. Halbuki kənddə istifadəsiz qalan böyük bina var. Kənd sakini Həsrət Novruzov fəaliyyətini dayandıran klubun yararsız bina kimi qaldığını deyir: “Klubumuz var, qapıları bağlıdır. 90-cı illərdən bəri işləmir. Onu mərasim evi kimi istifadə etmək olar. Biz də xeyir-şər məclislərini qeyd etmək üçün əlavə vəsait sərf edib uzağa getmərik”.
Bir sözlə Uzunoba kəndinin sakinlərinin problemlərindən əlavə tükənməyən ümidi də var. Onlar hələ də inanır ki, aidiyyatı qurumlar sadalanan problemləri həll edəcəklər. Ya da ən azından həll etmək üçün səy göstərəcəklər.
Şikayətçilərin videosunu təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...