Tovuzdakı müəmmalı cinayətin üstü niyə açılmır? - GİLEY
Tovuz rayon sakini Məmmədov Qoca Fərman oğlu DİA.AZ-a yazdığı müraciətində artıq iki ilə yaxındır ki, baş vermiş bir cinayətin hələ də açığa çıxarılmamasından giley edir. Naraz vətəndaş yazır:
"Sizi Tovuz rayon sakini və hər iki valideyinini(1945-ci il təvəllüdlü atam Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü anam Mirzəyevə Pakizə Şəmşəd qızı) itirmiş övlad olaraq yazıram. 24 fevral 2018-ci ildə böyük faciə baş vermiş, ailəmizə qarşı terror aktı törədilmişdir.
Belə ki, həmin tarixdə cinayətkarlar səhərə yaxın evimizə daxil olmuş, valideynlərimin bütün bədən üzvlərini plastik sarğı ilə sarıyaraq yandırmışlar. Ancaq ilkin araşdırmalar göstərdi ki, onlar yanğının deyil, əvvəlcədən planlaşdırılmış terror aktının qurbanı olmuşlar.
Evimizdən anama məxsus qızıl əşyalarının götürülməməsi, gözlə görülən bir yerdə olmasına baxmayaraq, bir daha sübut edir ki, bu oğurluq məqsədi ilə törədilmiş qətl hadisəsi deyil. Sizlərdən bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarının hərəkət(hərəkətsizliyi) barədə saytınızda ışıqlandırılmasını xahış edirəm".
Mövzu diqqətimizdədir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...