SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki Regional Mədəniyyət İdarəsində qeybə çəkilən milyonlar

Şəki Regional Mədəniyyət İdarəsində qeybə çəkilən milyonlar

Tarix:

29-10-2019, 16:42

/ 1 606 dəfə oxundu.
Şəki Regional Mədəniyyət İdarəsində qeybə çəkilən milyonlar

Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda ötən saylarımızın birində məlumat vermişdik. Hətta bəzi rayon şöbələrinin müdirlərinin aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırıldığını, dövlət büdcəsinin necə talandığını əks etdirən sənədləri də dərc etmişdik.
Qeyd edək ki, Regional Mədəniyyət İdarələrinin müdirləri korrupsiya içində itib -batıb. Dövlətin ayırdığı milyonlar göyə sovrulur,kimlərinsə cibnə axır.

Azerinfo.tv bildirir ki, hələ 2013-cü ildə Şəki Mədəniyyət və Turizm İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalar aparılır və aparılan yoxlamaların nəticəsi olaraq nə az, nə də çox, düz 4,3 milyon manat maliyyə vəsaitinin mənimsənilməsi faktı aşkara çıxarılır. Düzdür, həmin vaxtlarda Mirvari xanım Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsini daşıdığından, belə bir mənimsəmə faktının birbaşa ona aidiyyəti olmasa da, amma müəyyən qədər bağlılığının olduğu söylənilir. Çünki, heç cür o halın varlığını inkar etmək olmaz ki, şəhərin mədəniyyət və turizm şöbəsinə rəhbərlik edən bir şəxs, belə bir məbləğdə mənimsənilən vəsaitin mənimsənilməsində azacıq da olsa iştirak etməsin. Elə ki, aparılan yoxlamalar zamanı Şəki Mədəniyyət və Turizm İdarəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakının mənimsənilməsi və s. faktları aşkara çıxarılır, o halda toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanır və sonda qurumun müdiri, baş mühasıbi həbs olunurlar. Qeyd etdiyimiz belə bir olayın varlığı təkcə Şəki Mədəniyyət və Turizm İdarəsində baş vermişdisə, o halın varlığına diqqət yetirmək lazımdır ki, bu gün beş rayonu özündə birləşdirən Şəki Regional Mədəniyyət İdarəsində hansı məbləğdə vəsaitlər “qeybə çəkilir”.
Bəli, Mirvari Zeynalova iş başındadır. O biri rayonları qoyaq qırağa-Şəkinin özündə, xüsusən dağ kəndlərindəki mədəniyyət evləri,klublar əksər hallarda tövləni xatırladır. Bu klublarda illərlə qapı açılmır, tədbir keçirilmir. Ancaq təmir adı altında xeyli büdcə vəsaiti silinir. Bu gün təkcə Şəki rayonunda 150-ə yaxın mədəni-maarif müəssisəsi fəaliyyət göstərməkdədir. Adı çəkilən müəssələrdən hər birinin rəhbər şəxslərinin, ayda idarə rəisi ilə hesablaşdıqları qeyd olunur. Bu sırada Balakən, Zaqatala, Qax, Oğuz rayonlarındakı mədəni-maarif müəssisələrinin rəhbər şəxslərinin də, oxşar addımlar atdıqları söylənilir.
Olduğumuz kəndlərdən video süjetləri yaxınlarda təqdim edəcəyik.
Üstəlik Qax rayon Uşaq İncəsənət Məktəbinin, Oğuz rayon Uşaq Musiqi Mərkəzinin, Turan qəsəbə Uşaq Musiqi Məktəbinin, Şəki şəhər 2, 3 və 4 saylı Uşaq Musiqi Məktəblərinin, Şəki rayon Uşaq İncəsənət Məktəbinin və digər müəssisələrin haqqında neqativ məlumatlar var.
Ardı var.

Şərhlər

XƏBƏR LENTİ