SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Telekommunikasiyada gərginlik: rəis işçilərin maaşını əlindən alır – İddialar

Gəncə Telekommunikasiyada gərginlik: rəis işçilərin maaşını əlindən alır – İddialar

Tarix:

3-04-2017, 11:07

/ 5 735 dəfə oxundu.
Gəncə Telekommunikasiyada gərginlik: rəis işçilərin maaşını əlindən alır – İddialar

Ölkədə yaşanan böhran bir çox idarələrdə olduğu kimi Gəncə Telekommunikasiya İdarəsindən də yan ötməyib.
Daxil olan məlumata görə, adıçəkilən idarə abonenti olan Gəncə sakinlərindən xidmət borclarını vaxtında toplaya bilmir.
İnsanların ağır sosial güzəranı gecikmədən bu xidmət haqlarını ödəməyə imkan vermir. Telekommunikasiya idarəsinin adlarının çəkilməsini istəməyən bir qrup əməkdaşları bildirirlər ki, martın 30-da idarə rəisi Əbülfəz Orucov qeyri-rəsmi iclas keçirib.
Çıxışında Ə.Orucov şöbə və sex rəislərinə ciddi tapşırq verib ki, vətəndaşların debutor borclarını onlara ödəməlidirlər. Şöbə və sex rəisləri də öz növbələrində sıravi işçilərə tapşırıq veriblər ki, aldığları azməbləğli məvaciblərini gətirib onlara versinlər.
Səbəb kimi göstərilib ki, pulunu ödəyə bilməyən abonentlərin borcu onlardan yığılacaq.
Xatırladaq ki, Gəncə Telekommunikasiya İdarəsində 500 yaxın insan çalışır və onlar dünən üçün vəzifə maaşlarını alıblar. Pul aldıqdan sonra rəhbərlik tərəfindən təhdid ediliblər ki, kim bu əmrə tabe olmasa, aqibəti çox pis olacaq.

24saat.org

Şərhlər

XƏBƏR LENTİ