Goranboyda ƏMDK-nınin sədr müavini vətəndaş qəbulu keçirib
Ölkə başçısının tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov oktyabrın 23-ü Goranboy rayonunda vətəndaş qəbulu keçirib.
Heydər Əliyev Mərkəzində reallaşan və struktur bölmələrin nümayəndələrinin də iştirak etdiyi qəbulda rayon sakinləri tərəfindən komitənin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif müraciətlər səsləndirilib. Sədr müavininə ünvanlanan müraciətlər əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, kadastr və ünvan məsələləri ilə bağlı olub. Eyni zamanda qəbulda iştirak edən vətəndaşlar hərraclar, dövlət əmlakının icarəyə verilməsi, torpaqların texniki parametrlərinin müəyyən edilməsi və komitənin fəaliyyət istiqamətləri üzrə digər məsələlər ilə bağlı müraciət edib.
Sədr müavini qəbul iştirakçıları tərəfindən səsləndirilən hər bir müraciət və təklifləri diqqətlə dinləyib. Bəzi məsələlər elə qəbuldaca öz müsbət həllini tapıb. Digər müraciətlərin isə həlli ilə bağlı müvafiq struktur bölmələrin nümayəndələrinə tapşırıqlar verilib.
Qəbulda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətindəki yeniliklər barədə vətəndaşlara məlumat verilib, göstərilən xidmətlərlə bağlı iştirakçıların təklifləri dinlənilib. Vətəndaş müraciətlərinin həllinə yönəlmiş qəbullar bölgələrdə növbəti aylarda da davam edəcək

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...