Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Oğuz Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları Qoşqar İsmayılzadə və Camal Şıxkərimov rayonun Kərimli kəndi ərazisində xidmətdə olan zaman bir avtomobilin yolun kənarında dayandığını müşahidə ediblər. Onlar həmin avtomobilə yaxınlaşdıqda onun sürücüsünün səhhətinin yaxşı olmadığını və sükan arxasında köməksiz vəziyyətdə qaldığını görüblər. Polislər dərhal sürücünü avtomobildən düşürüb ona ilkin tibbi yardım göstəriblər, daha sonra həmin əraziyə Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarını çağırıblar. Avtomobilin sürücüsü Əlixan Əmrahov xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib. Q.İsmayılzadə və C.Şıxkərimov bu müddət ərzində də onu tək qoymayıblar. Əlixan Əmrahovun səhhəti yaxşılaşdıqdan sonra polis əməkdaşları onu evinə yola salıblar.
Göstərilən diqqət və qayğıya, humanistliyə görə, Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...