Alıxanlı kəndində səyyar görüş keçirilib - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində keçirilib.
Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edən Alı Alıyev sosial sahədə atılan uğurlu addımlardan danışıb: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib”.
Alıxanlı kəndinin ümumi əhalisi 4000 nəfərdi, hal-hazırda 1500 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 3000 nəfərə hər ay 180000 manat vahid aylıq müavinət ödənilir, 8 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Alıxanlı kəndində 21 şəhid ailəsi var.
Kənd sakinlərindən 430 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 198 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...