Baş həkim özünü "Bağdadın kor xəlifəsi" kimi aparır... - GİLEY
Bu adam Qusar rayon səhiyyəsinə rəhbər təyin olunandan sonra, rayon əhalisinin “qara günləri” başladı". Bu sözlər Qusar rayon sakinləri adından Prezidentə müraciət edən Səlimxanov Fazil Aydəmir oğlunun məktubunda yer alıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mübariz Zeynalovun tək bir amalı var:Çoxlu var-dövlət toplamaq.Rayon səhiyyəsinə ayrılmış vəsaitləri nağdlaşdırıb cibinə qoyur,dövlət tərəfindən pulsuz verilən dərmanları pulla satır.Baş həkim kimi bu adamın qəbuluna düşə bilmirik, heç kimi qəbul etmir,qapıdan qovur. Şikayət edəndə deyir ki,gedin hara istəyirsiniz şikayət edin ,buranın “xozeyini” mənəm,mənim arxamda nazir Oqtay Şirəliyev dayanıb,mən heç kimdən qorxmuram.
Baş həkim M.Zeynalov işlədiyi müddətdə çox böyük var-dövlət toplayıb. Bakı şəhərində 5 evi var,Qusar şəhərində böyük villası,Quba şəhərində 6 evi var. Bundan savayı çox böyük biznes şəbəkəsinə malikdir. Bakı şəhərində marketləri,Quba-Qusar rayonlarında market və restoranları, Avropa ölkələrində şirkəti mövcuddur.Baş həkim maşın kolleksiyası toplamağı da çox sevir.Bahalı maşınların bütün növlərini özünə “xobbi” edib".
Daha sonra daxil olan müraciətdə deyilir: "Cənab Prezident, Siz 2020-ci ilin yanvar ayından Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinin TƏBİB- in tabeliyinə verilməsi barədə sərəncam imzalamısınız.Səhiyyə naziri Oqtay Şirəliyev sizin sərəncamınızın əksinə olaraq,Qusar rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxs olması barədə əmr verib və Mübariz Zeynalovu baş direktor təyin edib.Səhiyyə Nazirliyinin bu cür əmr verməyə hüquqi cəhətdən ixtiyarı yoxdur,bu prezidentin iradəsinə qarşı çıxmaqdır.M.Zeynalov deyir ki, mən bu əmri almaq üçün yüz min manat “tərləmişəm”.
Göründüyü kimi,baş həkim Mübariz Zeynalov “xırda-xuruş pullarla oynamır”.Cibində xırda pul yoxdur.Mübariz Zeynalov xəstəxanada yaxın adamlarına deyir ki,bura artıq mənim üçün balacadır,bu yaxınlarda Qusar rayonuna başçı təyin olunacağam, “haqqını” vermişəm.
Cənab Prezident, biz qusarlılar həmişə sizin siyasətinizi dəstəkləyirik,həmişə sizin yanınızdayıq və sizin ədalətinizə inanırıq".
Qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...