XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib

Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib

Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib
27-09-2019, 17:35

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.